Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:58

Müxalifətin böyük birliyi yaranır


Yanvarın 9-da müxalifət partiyalarının, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə forum keçiriləcək
Yanvarın 9-da müxalifət partiyalarının, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə forum keçiriləcək
«Yeni Müsavat»: Hakimiyyətin Konstitusiyanı dəyişdirmək qərarı nəhayət ki ölkə müxalifətini hərəkətə gətirib. Son bir neçə ildə heç cür vahid mövqeyə əldə edə bilməyən partiyalar da martın 18-də keçiriləcək referenduma qarşı birləşmək niyyətindədirlər. Artıq praktiki addımlar atmaq mərhələsi başlayır. Yanvarın 9-da müxalifət partiyalarının, vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə forum keçiriləcək. Müxalifət düşərgəsindəki mötəbər mənbə qəzetə bildirir ki, forum referenduma qarşı həm müxalifəti, həm də vətəndaş cəmiyyətini əhatə edən ümumi təşviqat qrupunun yaradılması məqsədilə təşkil olunur. İlkin məlumatlara görə, toplantıda «Azadlıq» blokuna daxil olan partiyalar, ADP, KXCP, Ümid Partiyası, «Azərbaycan Naminə» İctimai Forum, digər müxalifət təşkilatları və ölkədə fəaliyyət göstərən QHT-lərin, media quruluşlarının təmsilçiləri, tanınmış ziyalılar iştirak edəcəklər.
«Azadlıq»: «Hüquqla tərəvəzin əlaqəsi son günlər daha da aktuallaşıb və möhkəmlənib. Yox, mən referendumu nəzərdə tutmuram. Orada xiyar söhbəti eləmək mümkün olmayacaq, çünki xiyar artıq yeyilib. Novruzqabağı da nəticəsi təqdim olunacaq»-, Ənnağı Hacıbəyli «Badımcan Respublikasının hüquq sistemi» məqaləsində belə yazıb.

«Bizim Yol»a müsahibəsində professor Rəhman Bədəlov bildirir ki, «Konstitusiyaya dəyişikliklər ölkəni uçurma aparır». «Əgər Azərbaycanda monarxiya ənənələri yoxdursa, necə monarxiya ola bilər? Rumınlar Çauşeskudan sonra İspaniyanı nümunə gətirərək, keçmiş hökmdarlarının varisini monarx elan etsinlər. Onda ispan monarxı onlara başa saldı ki, hər iki ölkədə situasiyalar fərqlidir, ənənə olmadığından rumınlar bunu edə bilməyəcəklər».

«Yeni Azərbaycan»: Təhsil nazir Misir Mərdanov deyir ki, «bu il də təhsilin inkişafı üçün islahatlar aparılacaq, əhəmiyyətli layihələr həyata keçiriləcək». Nazir deyib ki, hazırda 4 min azərbaycanlı tələbə xarici ölkələrin ali məktəblərində təhsil alır. 2015-ci ilədək müvafiq Dövlət Proqramına əsasən 5 min azərbaycanlı gənc xaricdə təhsil alacaq.

«Azərbaycan» qəzeti yazır ki, «Qlobal maliyyə böhranının Azərbaycana ciddi təsiri gözlənilmir». «Ümumilikdə respublikamızın uğurla həyata keçirdiyi preventiv tədbirlər deməyə əsas verir ki, qlobal maliyyə böhranının cari ildə Azərbaycana ciddi təsirləri olmayacaq. Ötən illərdən başlamış qlobal layihələr 2009-cu ildə uğurla davam etdiriləcək, sosial infrastruktur layihələrinin həyata keçirilməsində hər hansı problem yaranmayacaq».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG