Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:05

Təhlükəsizlik Şurası Qəzza ilə bağlı qətnamə qəbul etdi


Təhlükəsizlik Şurasının 15 üzvündən yalnız İsraillə sıx əlaqədə olan ABŞ səs verməkdən imtina edib
Təhlükəsizlik Şurasının 15 üzvündən yalnız İsraillə sıx əlaqədə olan ABŞ səs verməkdən imtina edib
BMT-nin Təhlükəsizlik Şurası Qəzza sektorunda İsraillə Həmas döyüşçülərini bilavasitə barışığa çağıran qətnamə qəbul edib. Qətnaməyə görə, barışıq İsrail qüvvələrinin Qəzza sektorundan çıxarılması və bölgədəki fələstinlilərə humanitar yardımı yaymağı nəzərdə tutur.
Təhlükəsizlik Şurasının 15 üzvündən yalnız İsraillə sıx əlaqədə olan Birləşmiş Ştatlar səs verməkdən imtina edib. ABŞ-ın dövlət katibi Kondaliza Rays deyib ki, Birləşmiş Ştatlar bu qətnaməni tamamilə dəstəkləyir, sadəcə Amerika İsraillə Həmas arasında atəşi dayandırmaq üçün Misirin vasitəçilik fəaliyyətinin nəticəsini gözləyir, elə buna görə də səsvermədən çəkinir.

«Mən səsi götürə bilmədim. Mən xüsusi qeyd etmək istəyirəm ki, görülməli olan çox iş qalır və bu yolda çox vacib işlər var. Misirin vasitəçilik fəaliyyətini, prezident Mübarəkin işini dəstəkləmək təkcə onu alqışlamaq deyil, həm də müdafiə etməkdir. Mən inanıram ki, məhz bu fəaliyyət nəticə etibarilə davamlı barışığa və Qəzzada sabit sülhə kömək olacaq. Və bizim hər birimiz Misirin fəaliyyətini müdafiə etməliyik».

İsrail və Həmasın bu qərarı dərhal icra edəcəyi hələ məlum deyil.

İsrailin Qəzza sektorunda 13 gün apardığı hərbi əməliyyatın nəticəsində 750-dən çox fələstinli ölüb, 3000-dən çoxu yaralanıb.
XS
SM
MD
LG