Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 10:04

Xavyer Solana Qəzza məsələsini Türkiyədə müzakirə edir


Avropa Birliyinin rəsmisi Xavyer Solana Qəzza məsələsini müzakirə etmək üçün Türkiyəyə gedib. Birliyin xarici əlaqələr idarəsinin başçısı Xavyer Solana Türkiyə prezidenti Abdulla Gül və baş nazir Rəcəb Taib Ərdoğanla görüşəcək.
Türkiyə İsrailin bir-iki müsəlman müttəfiqindən biridir, amma Qəzzada əməliyyatlara görə İsraili kəskin tənqid edib.
İsrail 2 həftəyə yaxındır Qəzzanı bombalayır, 700-ə qədər fələstinli, o cümlədən qadın və uşaqlar ölüb.
Yanvarın 8-də İsrailə Livan ərazisindən raket atılıb. Məsuliyyəti hələ heç kim üzərinə götürməyib. Bəzi mənbələr İsrailin Livana cavab zərbəsi endirdiyini deyir. 2006-cı ildən bəri Livandan İsrailə zərbə gəlməmişdi.
XS
SM
MD
LG