Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:20

Seçki məntəqəsi partlayıb


Partlayış nəticəsində seçki məntəqəsinin binasına ciddi ziyan dəyib
Partlayış nəticəsində seçki məntəqəsinin binasına ciddi ziyan dəyib
Yanvarın 8-i günorta saatlarında Nizami rayonu 24 saylı seçki dairəsinin 20 saylı seçki məntəqəsində (Keşlə qəsəbəsi) partlayış baş verib. Partlayış nəticəsində seçki məntəqəsinin sədri yaralanıb. Ehtimal olunur ki, partlayış qaz sızmasından baş verib. Seçki məntəqəsinin binasına ciddi ziyan dəyib.
MSK mətbuat xidməti məntəqədə partlayış baş verməsini təsdiq edib. «Hadisə yerinə MSK-nın məsul əməkdaşları göndərilib. Partlayışın səbəbləri hələ bəlli deyil»-, deyə MSK mətbuat xidmətinin rəhbəri Azər Sarıyev «Turan»a bildirib.

Öz növbəsində, 5 saylı xəstəxanadan «Turan»a bildiriblər ki, məntəqənin sədri, 58 yaşlı Aydın Vəliyev 3-cü dərəcəli yanıq diaqnozu ilə qəbul olunub.
XS
SM
MD
LG