Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:46

Jurnalist polis zorakılığına məruz qaldığını deyir


Yanvarın 7-də səhər saatlarında polis bir qrup dindarın İsrailin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirmək cəhdinin qarşısını alıb Foto: Yeni Müsavat
Yanvarın 7-də səhər saatlarında polis bir qrup dindarın İsrailin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirmək cəhdinin qarşısını alıb Foto: Yeni Müsavat
Yanvarın 7-də səhər saatlarında polis bir qrup dindarın İsrailin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirmək cəhdinin qarşısını alıb. Aksiyaçılardan Fərhad Manafovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, onlar İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlara etiraz olaraq səfirlik binası qarşısında şüarlar səsləndirib, Aşura mərasimini keçirmək üçün Təzə Pir məscidinə doğru hərəkət etmək fikrində olublar. Ancaq polis onları döyərək avtobuslara mindirib Yasamal Rayon Polis İdarəsinə aparıb.
Xəsarət alanlar arasında «Yeni Müsavat» qəzetinin müxbiri Əfqan Muxtarlı da var. Jurnalist «Azadlıq» radiosuna deyir ki, Mətbuat Şurasının hazırladığı jurnalist gödəkcəsində olmasına baxmayaraq polislər onu da döyüb. O, bədənində həm dəyənək, həm də təpik izlərinin olduğunu iddia edir. Artıq Ə.Muxtarlı döyülmə faktı ilə bağlı həkim müayinəsindən keçib.
«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu Daxili İşlər naziri Ramil Usubova faktın araşdırılması, jurnalisti döyən polislərin cəzalandırılması ilə bağlı müraciət edib.
Əfqan Muxtarlının sözlərinə görə, onu döyən polislər fotoaparatını da müsadirə ediblər. Rauf Arifoğlu Daxili İşlər nazirinə müraciət edəndən bir neçə saat sonra fotoaparat Bakı Şəhər Baş Polis İdarəsində qəzetin nümayəndəsinə qaytarılıb. Ancaq onun yaddaş kartındakı görüntülər silinib.
Yasamal Rayon Polis İdarəsindən isə «Azadlıq» radiosuna dindarların aksiyasının qanunsuz olduğuna görə dağıdıldığı bildirilib. Saxlanan şəxslərin hamısı izahat alındıqdan sonra sərbəst buraxılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG