Keçid linkləri

2024, 16 İyul, çərşənbə axşamı, Bakı vaxtı 09:30

Müsəlmanlar zəncir vurub, mərsiyə deyiblər


Yanvarın 7-də Azərbaycanın şiə məscidlərində müsəlmanlar Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin qətlə yetirilməsinin ildönümü ilə bağlı mərasim keçiriblər
Yanvarın 7-də Azərbaycanın şiə məscidlərində müsəlmanlar Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin qətlə yetirilməsinin ildönümü ilə bağlı mərasim keçiriblər
Yanvarın 7-də Azərbaycanın şiə məscidlərində müsəlmanlar Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseynin qətlə yetirilməsinin ildönümü ilə bağlı mərasim keçiriblər. Hicri-qəməri təqvimi ilə Məhərrəm ayının 10-cu günü (Aşura) keçirilən mərasimdə müsəlmanlar zəncir, sinə vurub, mərsiyə deyiblər.


Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin xəbərdarlığına və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına baxmayaraq Bakıdakı Təzə Pir məscidində də zəncir vurma mərasimi keçirilib. Bakının Nardaran kəndindəki Cümə məscidində isə səhərə qədər zəncir vurulub.
Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının Məhərrəm ayı ilə bağlı verdiyi fətvada isə qeyd olunur ki, «sinə açmaq, zəncir vurmaq, qan çıxarmaq kimi qınağa səbəb olacaq hərəkətlərə yol verilməməlidir. Əzadarlar özlərinə xəsarət yetirməməli, bunu digərlərinə də təlqin etməməlidir».
Daxili İşlər Nazirliyi (DİN) bir neçə gün öncə İrandan Azərbaycana qanunsuz yolla Aşurada istifadə edilmək üçün zəncir və maliyyə vəsaiti gətirilməsi ilə bağlı xəbər yayıb. DİN faktın araşdırılması ilə məşğuldur.
Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə bu gün ölkənin bir neçə məscidində qan bankına təqdim olunmaq üçün qanvermə aksiyası keçirilib.
Səhiyyə Nazirliyi bununla bağlı məscidlərə xüsusi briqadalar göndərib. Qanvermənin saat 13-dək davam ediləcəyi bildirilsə də, bu istəkdə olanların sayının çoxluğundan aksiyanın müddəti uzadılıb.
Aşura mərasimi ilə bağlı polis gücləndirilmiş rejimdə işləyib. DİN-dən verilən xəbərə görə, ölkə məscidlərində dünən axşamdan qələbəlik müşahidə olunsa da, heç bir qanun pozuntusuna rast gəlinməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG