Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:07

«Qəzzada baş verənlər daha çox İranın əleyhinə yönəlib»


«İndi dünyada şiə cəmiyyətinin qəddar olması obrazı yaradılır»
«İndi dünyada şiə cəmiyyətinin qəddar olması obrazı yaradılır»
«Qəzza bölgəsində baş verən proseslər daha çox İranın əleyhinə yönəlmiş kimi görünür». Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə «Turan»a bu fikrinin subyektiv olaraq özünə aid olduğunu bildirib. Onun sözlərinə görə, Qəzzaya hücumla bəzi dövlətlər İranın öz siyasi müvazinətini itirərək səhvə yol verməsinə və daha sonra həmin səhvi əsas tutaraq, bir neçə tərəfdən İrana hücuma baza yaratmağa çalışırlar:
«İndi dünyada şiə cəmiyyətinin qəddar olması obrazı yaradılır və bu siyasət bir sıra müsəlman dövlətlərinə də sərf edir. Bu, mənim şəxsi fikrimdir, amma hesab edirəm ki, həqiqətdən uzaq deyil».
QMİ sədri bu fikrinin xalqlara yox, hakimiyyətlərə və həmin hakimiyyətlərin yürütdükləri siyasətə aid olduğunu vurğulayıb.

İranın dini lideri Xamneyinin Fələstin problemilə bağlı dünya müsəlmanlarına müraciətinə diqqət çəkən Paşazadə Qərbin bu çağırışdan öz siyasi məqsədləri üçün istifadə etməyə çalışdığını vurğulayıb:
«Sabah Fələstin məsələsində İran istisna olmaqla, istənilən müsəlman dövləti addım atarsa, Qərb buna biganə qala bilər. İran addım atsa, hökmən cəzalandırılacaq və ona qarşı sərt addımlar atılacaq».

QMİ sədri Yasir Ərəfatın vəfatından sonra Fələstin daxilində baş verən parçalanmaları ərəb dövlətlərinin indiyə kimi həll etməməsini, Fələstindəki siyasi qüvvələr arasında barışıq yarada bilməmələrini bu dövlətlərin günahı sayıb:
«Burada söhbət «Həmas»dan getmir, söhbət Fələstin xalqından gedir, «Həmas» bunun bir kiçik hissəsidir və heç də inanmıram ki, bütün «Həmas» üzvləri hamısı radikallardan ibarətdir».
Allahşükür Paşazadə məsələ ilə bağlı İslam Konfransı Təşkilatına (İKT) müraciət edəcəklərini bildirib:
«Qəzzada baş verənlərə biganə qala bilmərik və yanvarın 7-də İslam Konfransı Təşkilatına müraciət edəcəyik».
O, müraciətinin İKT -nin növbədənkənar konfransının keçirilməsilə bağlı olacağını söyləyib.
«Biz İKT-nin növbədənkənar konfransının keçirilməsinə və təşkilat üzvü olan dövlətlərin İsrailin hərəkətlərini birmənalı pisləyən qərar çıxarmasına nail ola bilsək, bu, İsrailin hərbi təcavüzünü durdura bilər».
Rəsmi İsrail bəyan edib ki, Qəzza bölgəsində həyata keçirilən hərbi əməliyyatlar dinc xalqa qarşı yönəlməyib. Bu, anti-terror tədbirləridir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG