Keçid linkləri

2017, 28 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 05:21

İsrailə etiraz edənlər 15 günlük həbs edilib


Yanvarın 1-də İsrail ordusunun Qəzzaya hücumlarına etiraz olaraq bu ölkənin Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirən gənclərdən 20-si hələ də Binəqədi Rayon Polis İdarəsində saxlanır. Xəbəri «Azadlıq» radiosuna həbs edilənlərin yaxınları verib.
Onların sözlərinə görə, məhkəmə 20 gəncin hamısına ictimai asayişi pozduqlarına görə, 15 gün azadlıqdan məhrumetmə cəzası kəsib.
İsrailin Qəzzaya hücumları 600-ə yaxın dinc insanın həyatına son qoyub.

Günün bütün mövzuları

XS
SM
MD
LG