Normal 0
Israil ordusunun Qəzzadakı əməliyyatları davam edir. Həmasın ağır zərbələrə məruz qaldığı bildiririlir. Amma əməliyyatlar davam edəcək. Bunu İsrailin müdafiə naziri Ehud Barak yanvarın 5-də bəyan edib.
Onun sözlərinə görə, 10 günlük əməliyatlarla hələ də Həmasın İsrailə raket atmasının qarşısını ala bilməyiblər.
Bu arada avropa Birliyin yüksək rütbəli rəsmiləri və fransa Prezidenti Nikola Sarkozi regionda aktiv müzakirələr aparırlar.
Avropa Birliyini təmsil eləyən – Çexiyanın xarici İşlər naziri Karel Şvartsenberq İsrailini Xarici İşlər naziri Tzipi Livniylə görüşdən sonra deyib ki, onların məqsədi təcili şəkildə atəşkəsə nail olmaq və fələstinlilərə humanitar yardım çatdırmaqdı. İsrailin təhlükəsizliyinin təmin olunması da danışıqlar mövzusudur.
Qəzza sektorunu mühasirədə saxlayan İsrail ordusu dinc əhalinin ilkin tələbat mallarına olan ehtiyacını ödəmək üçün humanitar yardımlar gösətrilməsinə də imkan vermir. İsrail hərbçilərinin rəsmisi Avital Leyboviç deyib ki, günahkar onlar yox- Həmasdır.
“Biz Qəzza əhalisinə tibbi ləvazimatlar və başqa yardımlar olan 80 maşınlıq karvan çatdırmağa çalışırıq. Amma Həmas fələstinlilərə yük maşınlara yaxınlaşıb yardım almağa imkan vermir. Odur ki, sual yaranır – Həmas Fələstinlilərin tərəfindədir, ya onlara qarşıdır?” –deyə Leyboviç bildirib.
İsrailin Qəzzada apardığı genişmiqyaslı hərbi əməliyytalra nəticəsində 520-dən çox fələstinlinin öldüyü, 3000-ə yaxın adamın isə yaralandığı bildirilir.
Son məlumatlara əsasən İsrail əsgərləri Qəzza şəhərinə daxil olublar. Küçə döyüşlərinin getdiyi haqda xəbər verilir.