Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

SMS arxivi


Dekabr ayı üçün SMS-lər

1-2 yanvar

«Bakının qışa, ordumuzun döyüşə, ermənilərin barışa, başımızın balışa hazır olması məni güldürür. Allah sizi də güldürsün!» (İmzasız)


«Azadlıq»ı bağladılar, amma gecdir. Mən artıq bilirəm ki, azadlıq var, azadlıq nədir. Sağ olun buna görə» (İmzasız)


«Telekanalların hamısını «obzor» elədim, bir dənə də maraqlı şey tapmadım. Bu da bizim «bayramımız». Heç Sovet vaxtında belə darıxdırıcı verilişlər olmayıb» (İmzasız)


«Rap-Time, niyə efirdə yoxsunuz! Yoxsa siz də o 5 bağlanan FM-lərdən birisiniz?! Bir şey edin!» (İmzasız)


«2009-cu ildə ya bu iqtidar gedəcək, ya da əhalinin 80%-i çıxıb gedəcək öz vətənindən, çünki qapalı heç nəyi saxlamaq olmaz, o cümlədən hakimiyyəti...» (Anar)


«Mənim 66 yaşım var, İnternetdən sizi dinləyirəm» (İmzasız)


«Əziz dost («Azadlıq»), hər axsam qaranlıq düşəndə, dalğalar sahilə vurarkən böyük sözlərinin sükunətini eşidirəm...» (İmzasız)
XS
SM
MD
LG