Kubada inqilabın 50 illiyi qeyd edilir. Ölkə prezidenti Raul Kastro deyib ki, inqilabın hələ indidən sonra 50 il də yaşayacağına ümid edir. Kastro həmçinin xəbərdarlıq edib ki, ölkədəki kommunist rejimini təhlükələrdən qorunmalıdır.
O, 1959-cu il qardaşı Fidel Kastronun inqilabın qalibiyyətini elan etdiyi eyvanda öz nitqini söyləyib. Raul Kastro keçən ilin fevralında ürək çatışmazlığından əziyyət çəkən qardaşı Fidel Kastronun əvəz edib.
Batista rejiminə qarşı Kuba xalqının inqilabı 1959-cu ilin yanvarın 1-də qələbə çalıb. Fidel Kastro qardaşı Raul Kastro və silahdaşı, argentinalı Ernesto Çe Gevara ilə birlikdə inqilaba rəhbərlik edib. İnqilabın qələbəsindən sonra Kubada kommunist rejimi qurulub. Kastro əvvəlcə baş nazir, 1976-cı ildən 2008-ci ilə kimi isə prezident olub.