Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 00:57

«Bu, sovet dövrünə dönüş olar»


«Sərhədsiz Reportyorlar» təşkilatının Avropa proqramlarının rəhbəri Elza Vidal
«Sərhədsiz Reportyorlar» təşkilatının Avropa proqramlarının rəhbəri Elza Vidal
«Sərhədsiz Reportyorlar» təşkilatının Avropa proqramlarının rəhbəri Elza Vidal Milli Televiziya və Radio Şurasının (MTRŞ) yerli tezliklərdə xarici radioların yayımına qadağa qoymasını pisləyib. O, «Azadlıq» radiosuna müsahibəsində deyib:
«Xarici radioların heç birini qadağan etməyə ehtiyac yox idi, sadəcə Azərbaycanda informasiya üzərində prezident və onun ətrafının artıq həyata keçirdiyi nəzarəti bir qədər də artırmaq istəyi vardı. Bu, çox kədərlidir. Əlbəttə ki, biz xüsusilə siyasi həyatla bağlı obyektiv, neytral, faktiki informasiyaya çıxışda çətinliklərlə üzləşən Azərbaycan xalqının itkisindən çox narahatıq».
E.Vidal deyir ki, «Sərhədsiz Reportyorlar» xarici yayımların efirə dönməsi üçün müraciətlər edəcək, çünki, bu, baş verməsə, Azərbaycan xalqı üçün çox pis olacaq:
«Bu, sovet dövrünə dönüş olar. O zaman insanlar öz ölkələrində əslində nə baş verdiyindən azacıq da olsa məlumat almaq üçün qısa dalğada xarici radioları dinləmək məcburiyyətində idilər. Bu, dəhşətli bir kabusdur».
XS
SM
MD
LG