Keçid linkləri

2017, 29 May, Bazar ertəsi, Bakı vaxtı 02:39

«İçərişəhər» damır


«İçərişəhər»in yenidən qurulmasına 15 milyon manat vəsait ayrılıb
Dekabrın 29-da yenidənqurulmadan sonra istifadəyə verilmiş metronun «İçərişəhər» stansiyası damır. «Turan»ın məlumatına görə, dekabrın 30-da səhər saatlarından stansiyaya daxil olanları şüşə damdan başlarına su axması pis mənada təəccübləndirib. Stansiya rəhbərliyi tavanın altından suyun yığılması üçün göy rəngli kapron parça asıb.

Eyni zamanda stansiyaya əllərində «şvabra» olan xüsusi qırmızı geyimli gənclər yığışıb. Gənclərdən biri «Turan»ın müxbirinə bildirib ki, onları şüşə damdan qarı təmizləmək üçün yığıblar. «Əgər qar çox yığılsa, şüşə örtüyü qıra bilər», - deyə gənc izah edib.

«İçərişəhər» (keçmiş «Bakı Soveti») Bakı Metropoliteninin ilk stansiyalarından biridir və 1967-ci ildən fəaliyyət göstərir. Stansiyanın yenidən qurulmasına 2008-ci ilin iyul ayından başlanıb, buna 15 milyon manat vəsait ayrılıb. Stansiyada yenidənqurma işlərini İsrailin «İsahouri» firması həyata keçirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG