Dekabrın 29-da yenidənqurma işlərindən sonra Bakı Metropoliteninin «İçərişəhər» stansiyasının açılışı olub.
Bakı Metropolitenin rəisi Tağı Əhmədovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, stansiyanın yenidən qurulmasına və təmirinə 15 milyon manat vəsait sərf olunub.
Stansiyanın binasının yenidən qurulmasında şəffaf şüşələrdən istifadə olunub. Buna görə də Bakı qala divarları kənardan da görünür.
Açılış mərasimində prezident İlham Əliyev iştirak edib.
Əvvəllər «Bakı Soveti» adlandırılan «İçərişəhər»də təmir-tikinti işlərinə 2007-ci ilin noyabrından başlanıb. Stansiyaya giriş-çıxış isə 2008-ci ilin iyulun 1-dən bağlanıb.