Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:16

«Yeni ilin əvvəlki ləzzəti qaçıb»


Rasim Hüseynov və Çingiz Sultansoy
Rasim Hüseynov və Çingiz Sultansoy
Dinlə

«Gərək cibin dolu olsun ki, bayramı da keçirə biləsən». «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı - yazıçı-jurnalist Çingiz Sultansoy belə deyir. Onun sözlərinə görə, qarşıdan gələn Yeni il bayramına bakılıların sönük hazırlaşmasının bir-neçə səbəbi var:

«Əvvəllər Qurban, Ramazan bayramlarını qeyd etmirdik. Əsas böyük bayramlarımız Novruz və Yeni il idi. İndi isə Yeni il çox bayramlardan biri olduğu üçün əvvəlki ləzzəti qaçıb. Digər tərəfdən, əhalinin dolanışığı çətindir. Əgər camaatın fikri-zikri bir parça çörək qazanmaqdadırsa, bayramı necə qeyd etsin? Necə yaxınlarına hədiyyə alsın?»

«Turan» İnformasiya Agentliyinin şöbə müdiri Rasim Hüseynov da Azərbaycanda Yeni il bayramının əvvəlki səviyyədə qeyd olunmamasını problemlərlə əlaqələndirir:

«Qiymət artımı, Qarabağ probleminin həll olunmaması və maliyyə böhranı insanların əhvalına təsirsiz ötüşmür. İqtisadi böhranın təzahürləri artıq görünməkdədir. MDB Statistika Komitəsinin məlumatına görə, Azərbaycan sənayesi sentyabra nisbətən oktyabrda 9,5 faiz enib. Noyabrda da eyni göstəricidir. Bu da əsasən neftin qiymətinin aşağı düşməsi ilə əlaqədardır».
XS
SM
MD
LG