Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

«Monarxiya əleyhdarlarına qarşı repressiya başladı»


Konstitusiya Məhkəməsi qarşısında aksiya, 24 dekabr 2008
Konstitusiya Məhkəməsi qarşısında aksiya, 24 dekabr 2008
«Bizim Yol» qəzeti:

Dekabrın 24-də Konstitusiya Məhkəməsinin qarşısında müxalifətin keçirdiyi aksiyada iştirak edən Müsavat Partiyasının üzvü Murad Kərimov dekabrın 26-sı axşam saatlarında naməlum şəxslər tərəfindən döyülüb. Hadisə təxminən saat 18.30 radələrində baş verib.

Bu barədə məlumatı «Bizim Yol»a Murad Kərimovun özü verib. M.Kərimov bildirib ki, yaşadığı Yasamal rayonu, Bünyadzadə 32 ünvanının yaxınlığında onu arxadan iki nəfər çağırıb:

«Gördüm ki, adımı çağırırlar, mən də onlara tərəf getdim. Üz-üzə gələndə, məndən soruşdular ki, adın Muraddır? Dedim ki, bəli. Başladılar məni təhqir etməyə. Küçə söyüşləri ilə söydülər, sonra İ.Qəmbərin ünvanına nalayiq ifadələr işlətdilər. Boyu nisbətən balaca olan qəfildən mədəmin üstündən ağır zərbə vurdu. Digəri isə arxadan məni vurub yerə yıxdı. Sonra yerdə təpikləməyə başladılar. Deyirdilər ki, səni bir daha Müsavat Partiyasının qərargahının qarşısında görməyək. Hətta bildirdilər ki, lazım gəlsə, başımı da kəsərlər».

Bu zaman yaxınlıqdan keçən qadın məni döydüklərini görüb qışqırmağa başladı. Onlar dərhal aradan çıxdılar».

Dekabrın 24-də keçirilmiş aksiyada M.Kərimov «Xalq kralı istəmir!» yazılan şüarı qaldırıb. Müsavatçı gənc də döyülməsinə başqa səbəb görmür...



«Yeni Müsavat» qəzeti:

Gürcüstan prezidenti Mixail Saakaşvili Baş nazir Qriqol Mqaloblişvilini sillələyib və ona telefon atıb. Gürcüstan mətbuatına istinadən yayılan bu xəbər kifayət qədər maraqla qarşılanıb.

Əbülfəz Elçibəy hakimiyyəti dönəmində Müdafiə naziri işləmiş Rəhim Qazıyevin «Bizim yol» qəzetinə müsahibəsinin anonsu verilib. Rəhim Qazıyevin dediklərindən belə məlum olur ki, Elçibəyin dövründə də hakimiyyətin yuxarı pillələrində təmsil olunanlar arasında bir-birinə qarşı güc işlətmək halları olub. R.Qazıyev hansısa məsələ ilə bağlı əsəbindən Ə.Elçibəyi itələdiyini, İsa Qəmbəri isə tapança çıxarıb vuracağı ilə hədələdiyini bildirir.

AXC iqtidarı dönəmində dövlət müşaviri vəzifəsində işləmiş Arif Hacılı bildirib ki, Ə.Elçibəy tərəfindən hansısa məmura qarşı zor işlədilməsi qeyri-mümkün idi:

«Çünki Elçibəy yüksək intellektual səviyyəyə malik olan şəxsiyyət idi. Nə qədər əsəbi olsa da, heç vaxt münasibətləri qol gücünə həll etməzdi. Elçibəy hakimiyyəti zamanındakı yüksək vəzifəli məmurların arasında əlbəyaxa dava olduğunu xatırlamıram».

Elçibəy hakimiyyətində yüksək vəzifədə təmsil olunan şəxslərdən biri isə adının çəkilməməsi şərti ilə bir neçə maraqlı hadisənin baş verdiyini danışıb. Deyib ki, prezident Ə.Elçibəyin yanında Təhlükəsizlik Şurasının iclaslarının birində Müdafiə naziri R.Qazıyevlə Daxili İşlər naziri İsgəndər Həmidovun mübahisəsi dava həddinə çatıb. İ.Həmidov R.Qazıyevin üzərinə yerimək istəyib, lakin yanında əyləşmiş məmurlar onun qarşısını kəsiblər. R.Qazıyevə əli çatmayan İ.Həmidov masanın üstündəki külqabını ona tullayıb.

İclasların birində isə R.Qazıyev Dövlət katibi vəzifəsində işləyən Pənah Hüseynə sözlə hücum edib. P.Hüseyn isə ona qəndqabı ilə cavab verib.

Adının çəkilməsini istəməyən mənbə R.Qazıyevin «Bizim yol» qəzetindəki fikirlərinə də münasibət bildirib:

«Hakimiyyət dövründə R.Qazıyevlə normal münasibəti olan yeganə yüksəkvəzifəli şəxs bəlkə də, İ.Qəmbər idi. İ.Qəmbərə tapança çəkdiyi barədə dedikləri tamamilə yalandır. R.Qazıyevin nə Ə.Elçibəyi itələməsi, nə də İ.Qəmbərə tapança çəkməsi mümkün deyildi. O, buna cəsarət etməzdi…»



«Yeni Azərbaycan» qəzeti:

Azərbaycanın 2009-cu ildə rekord həcmdə elektrik enerjisi istehsal etməsi onun ixrac potensialının artmasını şərtləndirəcək. Azərbaycan elektrik enerjisi idxal edən ölkədən ixracatçı dövlətə çevriləcək. Neft və qazdan sonra elektrik enerjisinin ixracına başlanması Avropanın enerji konsepsiyasına Azərbaycanın yeni töhfə verməsi ola bilər. Artıq ölkənin işığa olan tələbatı tam ödənilir və istehsal güclərinin artması həmin məhsulun xarici dövlətlərə ixracına səbəb olacaq... Azərbaycanın Avropaya çıxışı üçün yeni enerji şəbəkəsi marşrutu yaradılacaq. Respublikamız Azərbaycan-Gürcüstan-Türkiyə enerji şəbəkəsi vasitəsilə Avropaya elektrik enerjisi ixrac edə biləcək...

2009-2013-cü illəri əhatə edən dövlət proqramında enerji güclərinin ən azı 3 min meqavat artırılması nəzərdə tutulur. Həmin müddətdə Azərbaycan il ərzində 50 milyard kv.saat elektrik enerjisi istehsal edəcək ki, bu da indiki rəqəmdən iki dəfə çoxdur. Yəni, ölkənin indiki tələbatından iki dəfə çox işıq istehsal olunacaq ki, bu da regionda rekord həcmdə enerji deməkdir. Həmin göstərici Gürcüstan və Ermənistanın birlikdə əldə etdiyi elektrik enerjisi hasilatından 5 dəfə artıqdır....

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG