Keçid linkləri

2017, 24 Fevral, Cümə, Bakı vaxtı 12:05

Nurəddin Zülfüqarlı haqda həbs-qətimkan tədbiri dəyişdirilib


Nərimanov Rayon Məhkəməsinin qərarı ilə «Bakelektroştamp» zavodunun sahibi Nurəddin Zülfüqarlı haqda çıxarılmış həbs-qətimkan tədbiri dəyişdirilərək, ev dustaqlığı ilə əvəzlənib.

Məlumatı «Azadlıq» radiosuna cənab Zülfüqarlının vəkili Aslan İsmayılov verib. Onun sözlərinə görə, istintaqın ədalətli aparılması müdafiə etdiyi şəxs barədə qaldırılmış cinayət işinə xitam da verə bilər.


Nurəddin və Loğman Zülfüqarlı qardaşları Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən ötən ilin dekabrında həbs edilib. Onlar zorla pul tələb etməkdə ittiham olunur.


Bir müddət əvvəl Loğman Zülfüqarlı haqqında da həbs- qətimkan tədbiri dəyişdirilmiş və ondan başqa yerə getməmək barədə iltizam alınmışdı.


Günün bütün mövzuları

XS
SM
MD
LG