Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

«Bəli, təhsildə rüşvətxorluq var»


Milli Məclisin Elm və Təhsil komissiyasının üzvü Asəf Hacıyev
Milli Məclisin Elm və Təhsil komissiyasının üzvü Asəf Hacıyev
Dinlə

Dekabrın 26-da Milli Məclisdə «Təhsil haqqında qanun» layihəsinin 2-ci oxunuşda müzakirəsi olacağı gözlənilir. «Yəqin ki, yeni təkliflər səslənəcək. Bu təkliflər nəzərə alındıqdan sonra qanun üçüncü oxunuşa çıxarılacaq». Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramına Milli Məclisin Elm və Təhsil komissiyasının üzvü Asəf Hacıyev deyib.
O, «Təhsil qanunu»nun 10 ildən artıqdır parlamentdə müzakirəyə çıxarıla bilməməsini obyektiv və subyektiv səbəblərlə əlaqələndirdi: «Azərbaycan nəhəng Sovet hökumətindən parçalanıb, müstəqillik əldə edəndən sonra cəmiyyət iki yol arasında qalmışdı. Belə fikirlər səslənirdi ki, biz ya Qərbin təhsil sistemini qəbul etməliyik, ya da Rusiya təhsil sistemindən yararlanmalıyıq. Amma mən belə hesab edirəm ki, Azərbaycan təhsili bir yol keçib, özünün tarixi ənənələri var. Bundan imtina edə bilmərik. Eyni zamanda, dünyada gedən proseslərə qoşulmalıyıq. Dünyanın gələcəyi yüksək texnologiyalardan asılıdır. Yüksək texnologiyalar isə ilk növbədə elm və təhsillə bağlıdır. «Təhsil qanunu»nda bütün bunlar nəzərə alınıb. Amma gözləmək lazım deyil ki, bu qanun qəbul olunan kimi təhsil sistemində hər şey dəyişəcək. Buna zaman lazımdır. Əsas odur ki, təzə qanun Azərbaycan təhsilinin inkişafına yönəlib».

Asəf Hacıyev də Azərbaycan təhsilində rüşvətxorluq hallarının olduğunu etiraf edir: «Rüşvətxorluq var, lakin onunla mübarizə gedir».

XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev isə «Təhsil qanunu» layihəsindən müsbət heç nə gözləmir: «Təzə qanun ali məktəblərin sıçrayışlı inkişafına səbəb olacaq» fikrini söyləmək bir qədər sadəlövhlük olardı. Azərbaycanda tamam başqa formada universitet ənənələri formalaşıb. Universitetlər müstəqil deyil, siyasi və iqtisadi qurumlardan asılıdırlar. Ali məktəblərdə şəffaflıq yoxdur. İnanmıram ki, hansısa qanunun qəbulundan sonra universitetlər irəli getsinlər. Bu əksinə, geriyə doğru bir addımdır».
XS
SM
MD
LG