Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:41

ABŞ Gürcüstanla ikitərəfli xartiya ilə bağlı danışıqlar aparır


Birləşmiş Ştatlar təsdiqləyib ki, Gürcüstanla ikitərəfli xartiya ilə bağlı danışıqlar aparır. Bu ayın əvvəlində Vaşinqton Ukraynayla oxşar saziş imzalayıb. Dövlət Departamentindən deyiblər ki, planlaşdırılan saziş Gürcüstana təhlükəsizliyini artırmaq, demokratiyanı gücləndirmək və iqtisadi islahatlar aparmağa kömək etmək üçün daha geniş əməkdaşlığı nəzərdə tutur. Bura Gürcüstanın Avroatlantik inteqrasiyasını gücləndirmək də aiddir.
Gürcüstan prezidenti Mixail Saakaşvili də bir neçə gün öncə deyib ki, ölkəsi Birləşmiş Ştatlarla strateji əməkdaşlıq sazişini müzakirə edir. Oxşar strateji yoldaşlıq sazişi bu ayın əvvəlində Vaşinqtonla Ukrayna arasında da imzalanıb.
XS
SM
MD
LG