Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:20

Azərbaycan-Türkiyə hərbi dialoqu başlayır


Hərbi dialoqda ölkələr arasında müdafiə sektorunda qarşılıqlı maraq doğuran bütün məsələlər müzakirə ediləcək
Hərbi dialoqda ölkələr arasında müdafiə sektorunda qarşılıqlı maraq doğuran bütün məsələlər müzakirə ediləcək
Dekabrın 22-də Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Silahlı Qüvvələri arasında yüksək səviyyəli hərbi dialoq başlayır. APA-nın məlumatına görə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci rəisi, ordu generalı Hasan İğsızın rəhbərlik etdiyi nümayəndə heyəti artıq Azərbaycana gəlib.
Dekabrın 24-də başa çatacaq hərbi dialoqda ölkələr arasında müdafiə sektorunda qarşılıqlı maraq doğuran bütün məsələlərin müzakirəsi planlaşdırılır. Tərəflər eyni zamanda hərbi sənaye sahəsində əməkdaşlıq məsələlərini də müzakirə edəcəklər.
XS
SM
MD
LG