Səhiyyə Nazirliyinin bundan əvvəl yaydığı məlumatlara görə, bu il Azərbaycanda beş nəfər «quş qripi»ndən dünyasını dəyişib, virusa yoluxan iki nəfərdən biri müalicə olunaraq sağalıb, digəri - 15 yaşlı Ülkər Əsgərova isə hazırda 2 Saylı Uşaq Klinik Xəstəxanasında müalicə alır.
Abbas Vəlibəyov «quş qripi» təhlükəsinin hələ tam sovuşmadığını bildirir.
Səhiyyə naziri Oqtay Şirəliyevin bildirdiyinə görə, Azərbaycanda «quş qripi» ilə bağlı vəziyyət nəzarətdə saxlanılmalıdır, ancaq köçəri quşların ölkəni tərk etməsi ilə virusun genişlənməsi təhlükəsi demək olar ki, yox dərəcəsindədir.