Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:30

Əmək Məcəlləsində dəyişiklik edilib


İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir

Prezident İlham Əliyev Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun imzalayıb. Sənədə əsasən Əmək Məcəlləsinin 135-ci maddəsi (Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi) yeni redaksiyada verilir.

Maddənin birinci bəndində bildirilir ki, işəğötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.


Normanın ikinci bəndində isə, deyilir ki, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.


XS
SM
MD
LG