Konstitusiya Məhkəməsi parlamentin göndərdiyi sənədə 1 həftə ərzində baxmalıdır.
Bu barədə «Azadlıq» radiosuna Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov məlumat verib.
Dekabrın 19-da Milli Məclis «Konstitusiyaya əlavə və dəyişikliklər edilməsi haqqında referendum aktı» layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə qərar verib. 95 deputat qərarın lehinə, 4 nəfər əleyhinə səs verib, 1 nəfər bitərəf qalıb. Bəzi deputatlar məsələnin müzakirə edilməsini təkid etsələr də spiker Oqtay Əsədov buna lüzum görməyib.
Layihədə bir şəxsin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran maddənin Konstitusiyadan çıxarılması təklifi də var.