Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Qrantları gizlədənlərə qarşı cəza sərtləşdirildi


Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə etdiyi son düzəlişlərə əsasən, qrantların qeydiyyatından yayınmaya görə, cəza tədbirləri sərtləşdirilib. Parlamentin Hüquq Siyasəti və Dövlət Quruculuğu Daimi Komissiyasının sədri Əli Hüseynovun dediyinə görə, yeniliklərə əsasən, belə pozuntulara görə, 1000 manatdan 2500 manata qədər (1235-3085 dollar) cərimə müəyyən edilir. Əvvəllər qrantların qeydiyyatından yayınmaya görə, 20-50 manat məbləğində (25-62 dollar) cəza sanksiyaları nəzərdə tutulurdu.
Qrantların qeydiyyatı Ədliyyə Nazirliyində həyata keçirilir.
/Turan/
XS
SM
MD
LG