Suraxanı rayonunda 18 ailə artıq dördüncü ildir ki, məcburi köçkün həyatı yaşayır. Bu adamların evləri qəzalı vəziyyətdə olduğundan təhlükəsizlik məqsədilə bir neçə ildir ki, uşaq bağçasında məskunlaşmalı olublar. İllərdir bu adamlar bağçada istilik və kanalizasiyasız, rütubətli, antisanitariya şəraitində yaşayırlar:
«Ev tarakanla doludur, siçovullar kanalizasiyadan çıxır. Evdə nəmişlikdir, döşəmənin altından həşəratlar çıxır. Kanalizasiya yoxdur, tualetdə vanna yoxdur, tazda çimirik. Bir otaqda həm yatırıq, həm də çörək yeyirik. Sular gəlmir, səhərlər həyətdə növbədə su üçün dayanırıq, çünki su hamıya çatmır, verəndə də, böyük fasiləylə verirlər. Bunun üstündə də dava olur…»
Bir vaxtlar uşaq səsləri gələn bağça indi 80 nəfərin mübahisə və küsülülüklərlə dolu həyatına səhnədir. Sakinlər deyirlər ki, 18 ailənin bir-birindən gizli sözü- söhbəti də yoxdur, çünki «mənzillər» bir-birindən yalnız taxta arakəsmələrlə ayrılıb.
Bu ailələr əvvəllər Suraxanıda Dövlət Neft Şirkətinin «Azneft» İstehsalat Birliyinin balansında olan binada yaşayırmışlar. Onlara «ev uçmaq təhlükəsi altındadır» deyib, köçürəndə söz verilib ki, bir ay içində yeni mənzillə təmin olunacaqlar. Ancaq dörd ildir evlərindən didərgin düşmüş adamlar ehtiyat edirlər ki, onlar növbəti ilə də mənzil arzusu ilə adlayacaqlar.
Rəsmilərsə 18 ailəyə evin nə zaman veriləcəyini bilmir. Yeni ev hazır olsa da, məsul şəxslər sakinləri öz evlərinə köçürməyə tələsmir. Suraxanı rayon İcra Hakimiyyətinin hüquq şöbəsi bunu belə izah edir ki, «Azneft» İstehsalat Birliyindən mənzil üçün order verilməsi barədə hələ məktub gəlməyib. Suraxanı rayonunun 18 nömrəli Mənzil İstismar Sahəsinin rəisi Bəharəddin Rəsulov isə belə deyir:
«40 mənzilli ev artıq hazırdır. Amma sakinlərin ora nə vaxt yerləşdiriləcəyi bilinmir. Orderlər hazırlanması üçün «Azneft» tələb edən sənədləri toplayıb onlara çatdırmışıq. Nəyə görə proses uzanıb, sosial inkişaf şöbəsindən cavab verə bilərlər».
«Azneft» İstehsalat Birliyinin sosial inkişaf şöbəsindən də sualımıza dəqiq cavab ala bilmədik. Belə ki yeni mənzil barədə idarədə məlumat yoxdur. Şöbə müdiri Tofiq Şərifov:
«Birinci bina tikilib qurtarandan sonra iki bina arasında kommunikasiya xətlərini birləşdirəcəyik. Onda sakinləri yerləşdirərik. Dövlət aktı Bakı Şəhər İcra Hakimiyyətinin tərəfindən hələ qəbul olunmayıb».
T.Şərifovun sələfi hələ üç il qabaq sakinlərin o vaxt inşa olunmaqda olan yeni binada yerləşdiriləcəklərinə söz vermişdi. Ancaq bina hazır olanda mənzilləri başqa adamlara payladılar.
Hüquqşünas İradə Cavadova isə deyir ki, əgər sakinlər bundan sonra da susacaqsa və şikayət etməyəcəksə, yenidən aldadıla bilərlər:
«Sakinlər əgər sənəd əldə etməsələr ki, onlar qeydiyyatdadırlar, bunu sübut etmək çətin olacaq. Hazırda ailələr qacqınlar kimi yaşayırlar. Xalqımız nə qədər çox öz hüquqlarını tələb etsə, məmurlar tərəfindən o qədər az təzyiqə qala bilərlər».
İndi sakinlər bilmirlər ki, yeni ilin gəlişinə sevinsinlər, ya kədərlənsinlər. Axı hər bayram qabağı onlara söz verirlər ki, bayram bitən kimi sizi yeni mənzilinizə köçürəcəyik. Bayram gələndə isə, ümid bitir:
«Bizə söz verilmişdi ki, Novruz bayramı üçün mənzillər veriləcək. Axırıncı ümidlərimiz prezident seçkisi öncəsi idi. Biz artıq heç kimə inanmırıq, bilmirik kimə müraciət edək».