Keçid linkləri

2026, 25 Oktyabr, bazar, Bakı vaxtı 01:38

Azərbaycan FIFA-nın cədvəlində yerini qoruyub

FIFA futbol üzrə milli komandaların yeni reytinq cədvəlini açıqlayıb. Azərbaycan siyahıda ötən ay olduğu kimi 134-cü pillədə qərarlaşıb.
Siyahıya isə 1663 xalla İspaniya rəhbərlik edir. İkinci yerdə Almaniya qərarlaşıb. Hollandiya ilk üçlüyü qapayır.
Ötən ayla müqayisədə Rusiya millisi bir pillə geriləyib - 9-cu yer. Türkiyə yığması 10-cu, Ukrayna isə 15-ci yerdə qərarlaşıb.
XS
SM
MD
LG