Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:20

İnsan niyə əsnəyir?


Beyinsiz adam heç vaxt əsnəmir
Beyinsiz adam heç vaxt əsnəmir
İnsanın beynini tədqiq edən Nyu Yorkdakı Binghamton Universitetinin alimi Endryu Qəllop belə bir nəticəyə gəlib ki, insan ona görə əsnəyir ki, onun beyni qızır.

Beyni qızmaq Azərbaycan dilində bir qədər başqa məna daşıyır. Amma Qəllopun «qızmar beyin» məhfumu sadəcə beyin toxumalarının fiziki hərarətinin dəyişməsini nəzərdə tutur.

Bu haqda xəbər verən Discovery.com saytı beynin fəaliyyətini kompyuterin hard diskinə bənzədir və yazır ki, gərginlik keçirən insan beyninin hərarəti qalxır. Onu sərinləşdirmək üçün insan başlayır əsnəməyə - sərin havanı kəllə qutusunun ənginliyinə sovurmağa.

Beynin hərarətini ən çox qaldıran isə yuxusuzluqdur. Ona görə də yuxusuzluqdan sonra adamın az qalır çənəsı yerindən çıxsın.

Yaxşı deyiblər ki, 100 il yaşa, 100 il öyrən.

Belə çıxır ki, kimsə əsnəyirsə, deməli, onun pis-yaxşı amma beyni var. Beyinsiz adam heç vaxt əsnəmir.

Ümid edirik bu xəbər televiziya həmkarlarımıza çatacaq. Çünki onlar əhəmiyyəti adi vətəndaşdan çox olan adamları ekranlarda göstərəndə əsnəmək kadrlarını kəsib atırlar.

Heç TV-də əsnəyən siyasətçi görmüsünüz?

Ohhhhhhhhh! (Əsnəyir) Elə biz də.
XS
SM
MD
LG