Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

NATO-nun rəsmisi: «Azərbaycana səfərim üç mesaj verir»


NATO-nun Baş katibinin müavini Klaudio Bizonyero Azərbaycandadır. Cənab Bizionyero keçirdiyi brifinqdə deyib ki, onun Azərbaycana səfəri üç mesaj verir:
«Birinci mesaj odur ki, NATO Azərbaycanla əməkdaşlığa mühüm önəm verir, ikincisi, ölkədə keçirilən islahatları, o cümlədən müdafiə sahəsindəki islahatları dəstəkləyir. Üçüncüsü isə Alyans bu islahatlara bundan sonra da öz töhfəsini verməyə hazırdır».
Klaudio Bizonyero deyib ki, NATO Qarabağ problemində xüsusi rolunu görmür. Amma sülh danışıqlarını dəstəkləyir.
K.Bizonyero Azərbaycanın Müdafiə, Fövqəladə Hallar və Xarici İşlər nazirləriylə görüşüb.
XS
SM
MD
LG