Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:20

Məleykə Abbaszadənin açıqladığı faktlar araşdırılmır


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə
«Azadlıq»: Dekabrın 11-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bir sıra ali məktəblərə qanunsuz tələbə qəbulunun keçirildiyi ilə bağlı məlumat verdi. TQDK sədri faktların araşdırılması məqsədi ilə Respublika Prokurorluğuna müraciət edəcəyini də bildirdi. Lakin bir neçə gün keçməsinə baxmayaraq, hər hansı bir araşdırmanın aparılmağı ilə bağlı məlumat yoxdur. Respublika Prokurorluğundan qəzetə bildiriblər ki, onlara komissiya tərəfindən hər hansı müraciət daxil olmayıb. Bu səbəbdən də prokurorluq tərəfindən hər hansı addım atılmayıb.
«Ekspress»: «Bakının neft hasilatını azaldacaq?» Qəzet xəbər verir ki, Azərbaycan OPEK-in toplantısına dəvət olunub. Əlcəzairin enerji naziri Şəkib Xəlil bildirib ki, Rusiya, Oman və Suriyanın da toplantıya dəvət olunub və neft hasilatını azaltmaq barədə razılığa gəlinib.

«Yeni Azərbaycan» yazır ki, «Qaz İstismar idarələrinin fəaliyyəti ölkə rəhbərliyinin istehlakçı hüququnun müdafiəsi üçün həyata keçirdiyi siyasətin effektini zəiflədir». «Ümumi işə mane olan məmur fəaliyyəti» adlanan məqalədə bildirilir: «Qış mövsümünün ilk əlamətləri hiss olunmağa başlayan kimi, nəinki ucqar rayonlarda, hətta paytaxtda da ciddi problemlər ortaya çıxır. Xüsusən, qaz məsələsi artıq şəhər və kənd sakinlərinin «yaralı yerinə» çevrilib».

«Bizim Yol»: «Bütün qorxduğumuz başımıza gəlir. Qorxurduq ki, Amerika, Rusiya, Fransa birləşə, Qarabağı alıb ermənilərə vermək istəyələr. Qorxurduq ki, Türkiyə Azərbaycanı kənara itələyib də Ermənistanla qardaşlaşa, sərhədlərini aça, əlaqələr qura. Qorxurduq ki, Rusiyadan azərbaycanlılar hamısı birdən bura axışa…»-, qəzetin köşə yazarı Elçin Rüstəmli «Qorxduqlarımız başımıza gəlir» məqaləsində belə yazır.

«Azərbaycan» qəzetinin manşet məqaləsi Azərbaycanın iqtisadi durumuna həsr edilib. «İqtisadi yüksəliş mərhələsi» adlanan yazıda vurğulanır ki «dünyanın inkişaf etmiş ölkələri Azərbaycanla bütün sahələrdə əməkdaşlığa böyük maraq göstərirlər».
XS
SM
MD
LG