Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:20

«Dövlət xalqı boşayıb»


Ağalar Məmmədov
Ağalar Məmmədov
«Xalqımız dul qalıb, dövlət onu boşayıb, alimentini də vermir, evə də gəlmir».

Bu fikri «Azadlıq» radiosunun «İşdən sonra» proqramında filosof Ağalar Məmmədov söyləyib. O, düşünür kü, vətəndaş-dövlət münasibətlərini yüksək nöqtəyə çatdırmaq üçün təkcə təkamül kifayət deyil:

«Burada mütləq təhsil olmalıdır».

A.Məmmədov deyir ki, dövlətlə cəmiyyət arasında disbalans yaranıb. Dövlət ancaq cəmiyyətə öz arzularını, istəyini, tapşırıqlarını verir. Amma cəmiyyətin dövlət üzərində təsir mexanizmi yoxdur:

«Xalqımız dul qalıb, dövlət onu boşayıb, alimentini də vermir, evə də gəlmir. Son 15 ildə hakimiyyət qurulub, dövlət ki, yaranmayıb. Cəmiyyətə deyiblər ki, «biz güclüyük». Amma vətəndaşa demirlər ki, «sən də güclüsən». Güclü vətəndaş təşəbbüskar vətəndaş, azad iradəsi olan vətəndaşdır. Bu iradə isə təhsil ilə formalaşacaq».

Fərhad Mehdiyev
«Vətəndaş məsuliyyətsizliyi»nin səbəblərini vətəndaşın fəaliyyətsizliyində görən dövlət hüququ üzrə doktor Fərhad Mehdiyev isə deyir ki, Azərbaycanda vətəndaşlar bir-birini düşünmür:

«Kim harada gəldi yalnız öz tamah maraqlarını güdür. Düşünmür ki, mən bu addımı ata bilərəmmi, buranı sökə bilərəmmi? Əfsuslar olsun, bu, həqiqətdir».

Hüquqşünas bildirir ki, Konstitusiyaya görə, Azərbaycan sosial rifah dövlətidir. Məsələn, dekabrın 13-dəki Nizami rayonunda qaz partlayışı nəticəsində sakinləri köçürtmək təşəbbüsü pozitiv hüquqdur. Amma zərərçəkənləri dövlət hesabına yeni mənzillərlə təmin etmək mənfi hüquqdur:

«Belə düzgün deyil. Axı büdcə vergiödəyicilərin hesabına formalaşır. Onlar haqlı olaraq, soruşa bilər ki, «niyə başqasının təqsirkar olduğu halda pulu mən ödəməliyəm».

Buna da bax:

XS
SM
MD
LG