Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:11

«Qalmışıq qarın altında»


Hazırda binanın dağıntıları təmizlənməkdədir
Hazırda binanın dağıntıları təmizlənməkdədir
«Seçki vaxtı hamı özünü verir qabağa, indi 6 uşaqla qalmışıq küçələrdə, gəlsinlər də kömək eləsinlər. Avadanlıqları evdən boşaltdırıblar, amma hara aparacağıq bilmirəm. Yer yoxdu, hamı çəkilib oturub evində, qalmışıq qarın altında. Elə hökumət var fəlakətdən ziyan çəkən 100 min əhalini yerləşdirir, amma 45 ailəni harasa yerləşdirməyə, yerlə təmin etməyə qabiliyyətləri yoxdur…»

Dekabrın 13-də Bakının Nizami rayonu Naxçıvanski-34 ünvanında partlayan binanın sakini Məlahət Kərimova «Azadlıq» radiosuna belə deyir. Dediyinə görə, elə binanın qarşısında gecələyib.

Hazırda binanın dağıntıları təmizlənməkdədir. Həmçinin partlayışdan zərərçəkən 30-dan artıq mənzildən ev əşyaları sahiblərinin nəzarəti altında boşaldılmaqdadır. Dövlət Neft Şirkəti və Fövqəladə Hallar Nazirliyinin maşınlarıyla əşyalar müxtəlif yerlərə daşınır. Amma zərərçəkənlər xeyli problemlərinin olduğunu deyir. Sakinlər həmçinin işin yaxşı təşkil olunmadığından narazıdırlar.

Məsələn, sakinlərdən biri əşyalarının Pirşağıdakı bağ evinə aparılmasını istəsə də, ona yolun uzaq olduğu əsas gətirilərək maşın verilməyib. Elə bu səbəbdən də əşyalar qarın-yağışın altında qalıb.

Adamlar deyirlər ki, iki gündür qarlı-yağışlı, şaxtalı havada çöldə qalıblar. Onlara nə isti yemək, nə də bir stəkan çay belə verən yoxdur.

Amma 26 saylı Mənzil İstismar İdarəsinin rəisi Rasim Babayev deyir ki, zərərçəkənlər hamısı yerlə və isti yeməklə təmin edilib.

Ancaq araşdıranda məlum oldu ki, Rasim müəllimin dediyi isti yemək zərərçəkənlərə yox, qəzanın nəticələrini aradan qaldıran Fövqəladə Hallar Nazirliyinin əsgərlərinə verilir, özü də elə zərərçəkənlərin gözü qarşısında, düz küçəni ortasında.

Zərərçəkənlər partlayışdan qorxsalar da, indiyə qədər onlara heç həkim- psixoloq yardımı da göstərilməyib.

Hadisə baş verən gün Nizami rayonu İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyev zərərçəkənlər üçün 172 saylı uşaq baxçasında şərait yaradıldığını bildirmişdi. Amma ötən gecə bağçada cəmi üç nəfər qalıb. Elə qalanlar da deyir ki, orda ailəvi uzun müddət yaşamaq qeyri-mümkündür. Çünki bağçada şərait yoxdur. Bağçanın müdiri Mahirə İsmayılova da adamların qalıb yaşaması üçün orda heç bir şəraitin olmadığını etiraf edir.

Zərərçəkənlər:

«Bizə yer versinlər binamız, evimiz düzələnə qədər gedək qalaq».

Zərərçəkənlər arasında elələri də var idi ki, onların avadanlığı maşına yüklənsə də, hara aparılacağını bilmirdi:

«Eə bir yerim yoxdur, indi yükləyirlər bilmirəm hara aparacaqlar».
XS
SM
MD
LG