Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:07

Nazir müavini: «Dağıntılar altından 2 ölü, 6 yaralı çıxarılıb»


İlkin versiyaya görə, partlayış qaz sızması nəticəsində baş verib. Həmin evdə təmir gedirmiş
İlkin versiyaya görə, partlayış qaz sızması nəticəsində baş verib. Həmin evdə təmir gedirmiş
Partlayış baş vermiş binanın iki bloku bağlanacaq və 30 mənzilin sakini yaxınlıqdakı 172 saylı bağçada yerləşdiriləcək. Qalan 4 blokda isə yaşayış davam edəcək.

Nizami rayon İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyev APA-ya deyib ki, bina sökülməyəcək, dağılmış hissədə təmir-bərpa işləri aparılacaq.

***

«Naxçıvanski küçəsindəki binanın dağıntıları altından 8 nəfər çıxarılıb».

Bunu hədisə yerində olan Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

Çıxarılanların 6-sı yaralı, 2-si ölü olub. Partlayış nəticəsində binanın iki bloku tam yararsız vəziyyətə düşüb.

Nazir müavini ehtimal edir ki, artıq dağıntılar altında qalan yoxdur.

İlkin versiyaya görə, partlayış qaz sızması nəticəsində baş verib. Həmin evdə təmir gedirmiş.

***

Bakıdakı partlayışda ölənlərin sayı 3-ə çatıb, 4 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin məlumatında deyilir ki, dekabrın 13-ü saat 08.30 radələrində Naxçıvanski küçəsindəki beşmərtəbəli 34 nömrəli binada partlayış olub. İlkin məlumatlara əsasən, səbəb qaz sızmasıdır. Binanın 2-ci girişində 4 və 5-ci mərtəbələr dağılıb, 1, 2 və 3-cü mərtəbələr isə çöküb.

***

«Nizami rayonundakı partlayışda bir nəfər ölüb».

Bu barədə hadisə yerində olan Bakı şəhər prokuroru Əziz Seyidov məlumat verib. O bildirib ki, ölənlərin sayının artma ehtimalı var.

Faktla bağlı Cinayət Məcəlləsinin 222.2 (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasında təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb.


***

«İndiyədək biri uşaq olmaqla 6 nəfər dağıntılar altından xilas edilib. Xilasetmə əməliyyatları davam edir».

Bu barədə «ANSPress»ə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov məlumat verib.

Nazir bildirib ki, hələlik hadisənin qaz partlayışından baş verdiyi ehtimal olunur. «Binanın 4-cü mərtəbəsində aparılan təmir işlərinin hadisəyə səbəb ola biləcəyi versiyası da mövcuddur. Hazırda mütəxəssislər araşdırmalar aparır».

***

Dekabrın 13-ü səhər saat 8 radələrində Nizami rayonu Naxçıvanski küçəsi 34 ünvanında beşmərtəbəli yaşayış binasının mənzillərindən birində partlayış olub. Nəticədə binanın 2-ci blokunda 12-13 mənzil tamamilə dağılıb.

Hazırda ağır texnika ilə xilasetmə işləri aparılır. Partlayışın qaz sızmasından baş verdiyi ehtimal olunur.

Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov və Bakı şəhər prokuroru Əziz Seyidov da hadisə yerindədir. / ANSPress.com /
XS
SM
MD
LG