Ümid Partiyasının sədri İqbal Ağazadə deyir ki, onlar ölkənin ərazi bütövlüyünün təmin edilməsi, demokratik islahatların yerinə yetirilməsi, Konstitusiya islahatlarının həyata keçirilməsi, vətəndaş cəmiyyətinin qurulması və sair bu kimi məsələlərdə birgə addımlar atılması üçün öz aralarında «Əməkdaşlıq Sazişi» imzalayıblar. Onun sözlərinə görə, MSƏM öz fəaliyyətini bir – birini qarşılıqlı ittihamlar, kompromatlar uzərində qurmayacaq.
Qurum hakimiyyət üzərində ictimai nəzarətin bərqərar olması, elektoratın təmərküzləşməsi və digər məsələlərdə muxalifətin bir mərkəzdən sistemli idarə olunmasına calışacaq.
Cənab Ağazadə müxalifətin digər blok və birliklərilə əməkdaşlığa hazır olduqlarını deyir və koordinasiya mərkəzinə daxil olan partiyaların sayının artacağını istisna etmir.