Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:49

Ruslan Bəşirlinin məhkəməsi martın 31-nə təyin olunub


Fərhad Əliyevin vəkilləri isə, onun ürək ağrılarından əziyyət çəkdiyini bildirirlər

«Yeni Fikir» Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin işi üzrə məhkəmənin hazırlıq iclası martın 31-nə təyin olunub. İşə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə baxılacaq. Bu barədə «Azadlıq» radiosuna Ruslan Bəşirlinin vəkili Osman Kazımov bildirib.

Ruslan Bəşirli Cinayət Məcəlləsinin 278-ci maddəsi- dövlətin konstitusion quruluşunu dəyişməyə cəhddə və 192-ci maddəsi- qanunsuz sahibkarlıq fəaliyyətilə məşğul olmaqda ittiham olunur.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin vəkilləri isə, onun ürək ağrılarından əziyyət çəkdiyini və kardioloqla təmin olunmasının vacibliyini bildirirlər.


Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri İradə Cavadova «Azadlıq» radiosuna sabiq nazirlə ötən həftəsonu görüşdüyünü söyləyib.


Martın 27-də bir neçə hüquq müdafiəçisini birləşdirən Monitorinq Qrupu toplaşaraq, Fərhad Əliyevlə görüşmək üçün rəsmi orqanlara məktub göndərmək qərarına gəlib.


Fərhad Əliyev ötən ilin oktyabrında Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya zorla saxlama) maddəsi ilə həbs edilib.


XS
SM
MD
LG