Elmar Məmmədyarov həmsədrlərin İstanbul gorüşünün nəticələrindən xəbərsizdir
Xarici İşlər naziri Elmar Məmmədyarov deyir ki, ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk Qrupu həmsədrlərinin İstanbul gorüşünün nəticələri hələ ki məlum deyil: «Hazırda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Yerevandadır və oradan Bakıya gəlməlidir. Dəqiq məlumat da bundan sonra bəlli olacaq».
Cənab Məmmədyarovun sözlərinə görə, apreldə Minsk Qrupunun fransalı həmsədri Bernar Fasiye Bakıya gələcək. Bu barədə məlumatı qrupun amerikalı həmsədri Stiven Mann Bakıya son səfəri zamanı bildirib.
Elmar Məmmədyarov rəsmi Bakının Praqa prosesi çərçivəsində danışıqları davam etdirməyin tərəfdarı olduğunu, ancaq hələ ki, Xarici İşlər nazirlərinin göruşu ilə bağlı tərəflərə hec bir təklif verilmədiyini deyir.