Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:39

«Bu qış yenə donacağıq»


Bakıda qış, 28 dekabr 2006
Bakıda qış, 28 dekabr 2006
«Bizim Yol» qəzetindəki «Bu qış yenə donacağıq» başlıqlı məqalədə paytaxtın istilik sisteminin hələ də tam bərpa olunmadığı deyilir:
«Artıq bir aya yaxındır ki, şəhər rəsmi şəkildə qış vaxtına keçib. Yəni istilik sistemi, enerji təchizatı gücləndirilib və s. Amma bu, yalnız görüntü xarakteri daşıyır. Əslində isə hər il olduğu kimi, bu il də evini elektrik enerjisinin, mavi qazın hesabına qızdırmağa çalışan sakinlərin sayəsində xəttlər yüklənir, hətta tez-tez enerji təchizatından məhrum olmaq məcburiyyətində qalırıq. Bəs qar yağsa, dörd divar arasında yorğana bürünüb oturmaq məcburiyyətində qalmayacağıq ki? Neçə illərdir eşidirik ki, istilik sistemlərinin bərpası istiqamətində iş gedir. Yeni tikilmiş binalar bu sistemdən yararlansalar da, köhnə tikililər qışı birtəhər yola vermək məcburiyyətində qalırlar. Yalnız bəzi binalarda bəzi sakinlərin öz hesabına istilik sistemləri bərpa olunub. Əksər binalarda isə sakinlər istiliyin verilməməsini əsas gətirərək xətləri birdəfəlik kəsiblər və onların yenidən bərpası da xeyli vəsait tələb edir».
«Azadlıq» qəzetindəki «Elmlər Akademiyasında «təmizləmə əməliyyatı» başlıqlı məqalədə deyilir ki, metronun «Elmlər Akademiyası»ndan Bakı Dövlət Universitetinə gedən yolun üzərindəki bütün obyektlər söküləcək. Qəzet bildirir ki, buna Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın göstərişi səbəb olub:
«Çünki bu obyektlər Milli Elmlər Akademiyasının Fizika- Riyaziyyat İnstitutunun binasında yerləşən MDU-nun Bakı filialının qarşısını kəsir. Bundan əlavə, həmin obyektlərin ucbatından ərazidə əməlli-başlı qarışıqlıq yaranır. Nərgiz Paşayeva obyektlərin sökülməsini istəyir». Qəzet bildirir ki, bununla bağlı müvafiq qurumlara müraciət olunub. Yaxın vaxtlarda söküntü işlərinə başlanılacaq.
«Yeni Azərbaycan» qəzetindəki «Böyük ömrün səhifələri» başlıqlı məqalədə deyilir ki, tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın çoxcildlik «Heydər Əliyev. Şəxsiyyət və zaman» roman-tədqiqatının növbəti kitabı çapdan çıxıb. «Kreml beşilliyi» adı altında nəşr olunmuş kitab H.Əliyevin həyatının Moskva dövrünə həsr olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG