Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

«Fənərbaxça» avrokuboklarla vidalaşdı


İstanbulun «Fənərbaxça» klubu UEFA Kubokuna düşmək şansını da itirdi. Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunuda Ukraynada «Dinamo» (Kiev) ilə qarşılaşan sarı-lacivərdlər 0-1 hesabı ilə yenilməklə bu mövsüm avrokuboklarla vidalaşdı.

UEFA kubokunda mübarizə aparacaq digər klub isə İtaliyanın «Fiornetina» komandası oldu. «Fiorentina» bu uğura Rumıniyada «Styaua»nu məğlub etməklə nail oldu - 0:1
Digər qarşılaşmalarda «Mançester Yunayted» (İngiltərə) «Olborq»la (Danimarka) heç-heçə edib - 2:2. «Seltik» (Şotlandiya) isə «Vilyarreal»ı (İspaniya) məğlubiyyətə uğradıb: 2:0
«Lion» (Fransa) evdə «Bavariya»ya yenilib (Almaniya) - 2:3. «Portu» (Portuqaliya) isə «Arsenal»dan (İngiltərə) üstün olub: 2:0

«Real» (Madrid, İspaniya) «Zenit»i (Rusiya) 3:0 hesabı ilə məğlub edib. «Yuventus» (İtaliya) isə BATE (Belarus) ilə qolsuz bərabərliyə imza atıb – 0-0
XS
SM
MD
LG