Dünya Bankı (DB) gələn il dünyada iqtisadi artımın kəskin azalacağını proqnozlaşdırır. Bankın hesablamasına görə, 2009-cu ildə artım 0.09 faiz olacaq. DB-nin açıqlamasında deyilir ki, qlobal maliyyə böhranı inkişaf etməkdə olan ölkələrin iqtisadi artımını zədələyəcək.
Amerika hökuməti isə bildirib ki, ötən əsrin 80-ci illərindən bu yana ilk dəfə olaraq, dünyada neftə tələbat azalacaq.