Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Camaat yemək üçün silahını satır


ABŞ-da silahların toplanması, əvəzində hədiyyə verilməsi kampaniyası 2005-ci ildə qətllərin sayı artandan bəri keçirilir
ABŞ-da silahların toplanması, əvəzində hədiyyə verilməsi kampaniyası 2005-ci ildə qətllərin sayı artandan bəri keçirilir
Kaliforniyada camaat yemək almaq üçün silahını satır. Əslində bu proqram bir neçə ildir həyata keçirilir, silahını təhvil verənlərə hədiyyə verilir. Amma maliyyə böhranı olduğundan bu il yığılan silahların sayı xeyli artıb. Nyu-York və San Fransiskoda olduğu kimi, Los Ancelesdə də vətəndaşlara imkan verirlər ki, adını açıqlamadan silahı təhvil versin. Hər silaha görə, 100 dollarlıq hədiyyə kartı verilir. Kartla ərzaq dükanlarından və yaxud elektron mağazalardan mal almaq olar. Amma silahını verənlərin çoxu ərzaq mağazaları üçün kart istəyir.
Los Ancelesin şerifi Bayron Vud deyir ki, indi camaat yemək almağa pul tapmır.
Los Ancelesin cənubunda silahlı dəstələrlə uzun illər mübarizə aparmış Komptonda silahların yığılması proqramı yenicə başa çatıb. Rəsmilər ilə 1000 silah gözləyirdilər. Amma təkcə bir həftə sonu, noyabrın son şənbə-bazar günündə 600-ə yaxın silah toplanıb. İndiyə qədər bir il ərzində bu qədər silah yığılmırdı.
Keçən il Komptonda ümumilikdə 400-dən az silah toplayıblarmış. «Azadlıq» radiosuna müsahibəsində Los Ancelesin şerifi deyib ki, silahını təhvil verənlərin çoxu ailəcanlı adamlardır. Məsələn, bir nəfər gəlib işdən çıxarıldığını deyib, beş tapança təhvil verib və götürdüyü pulla ailəsinə ərzaq alacağını bildirib.
Bir kişi Sovet dövründən qalma avtomat karabin gətirib. Polis deyir ki, bu silahla dəqiqədə bir neçə adamı öldürmək olar. Təsəvvür edin ki, belə silahlar cinayətkarların əlinə keçə, nə baş verər…
İndi toplanan silahlara baxır, onların hansısa cinayətlərdə istifadə olunub-olunmadığını yoxlayır və sonra məhv edirlər.
Amerikada silahların toplanması, əvəzində hədiyyə verilməsi kampaniyası 2005-ci ildə qətllərin sayı artandan bəri keçirilir. Qətllər o vaxtan azalıb, amma kampaniya davam etdirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG