Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:51

Obama bədbindir: «ABŞ iqtisadiyyatında vəziyyət pisləşəcək»


Barak Obama
Barak Obama
ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obama həmvətənlərini xəbərdar edib ki, ölkədəki iqtisadi vəziyyət pisləşə bilər.

Gələcək Ağ Ev başçısının dekabrın 5-də yayımlanan bəyanatında belə deyilir.

«Uzun illərdir yetişmiş bu böhranın sadə, yaxud tez həlli yoxdur və vəziyyət yaxşılaşmamışdan əvvəl yəqin ki, pisləşəcək».

ABŞ Əmək Nazirliyinin verdiyi məlumata əsasən, noyabr ayında Amerika şirkətləri 533 min iş yerini ixtisara salmalı olublar. Bu, son 34 ildə ən pis göstəricidir. 1974-cü ilin dekabrında bu rəqəm 602 min idi. 2008-ci ilin sentyabr və oktyabr aylarında müvafiq olaraq 403 min və 320 min iş yeri azalıb, hərçənd, proqnoz 284 min və 240 min idi.

«İnsanların işə qayıtmalarına imkan yaratmaq və iqtisadiyyatımızı inkişaf etdirmək üçün təcili qərarlar verməyin vaxtı yetişib», - deyə Obama bildirib.

Amerika iqtisadiyyatının tənəzzül etdiyini ABŞ-ın hazırkı prezidenti Corc Buş da artıq boynuna alıb. «Məşğulluq üzrə rəqəmlər sübut edir ki, iqtisadiyyat tənəzzül dövrü keçirir» – deyə o, Ağ Evdəki çıxışında bəyan edib. «Bu əsas etibarilə bizim kredit və maliyyə bazarlarımızın, həmçinin ev bazarının üzləşdiyi ciddi problemlərlə əlaqədardır».

Buş deyib ki, hökumət bazarları sabitləşdirmək üçün bəzi addımlar atır – çalışır ki, sadə Amerika istehlakçıları və özəl şirkətlər üçün kredit daha əlçatan olsun, borcları ödəməyən vətəndaşların evləri əllərindən alınmasın. Və Buşun dediyinə görə, artıq ümidverici siqnallar gəlməyə başlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG