Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:52

Hərbi hissədə baş verən yanğınla bağlı cinayət işi açılıb


Müdafiə Nazirliyi dekabrın 5-də Ağcabədidəki «N» saylı hərbi hissədə baş vermiş yanğın faktını təsdiqləyib.

Nazirliyin mətbuat xidmətindən «Turan»a bildiriblər ki, yanğın nəticəsində 1 əsgər həlak olub. Ancaq yaralılar barəsində olan məlumat təsdiqlənməyib.

Faktla bağlı Qarabağ Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2 (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi açılıb.
XS
SM
MD
LG