Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 13:00

Bakı-Naxçıvan-İstanbul aviareysi açılır

Uçuşlar həftənin 2-ci və 5-ci günləri «Airbus» təyyarələri ilə həyata keçiriləcək
Uçuşlar həftənin 2-ci və 5-ci günləri «Airbus» təyyarələri ilə həyata keçiriləcək
Dekabrın 23-də həyata keçiriləcək ilk Naxçıvan-İstanbul reysi üçün artıq biletlərin satışına başlanılıb.

Uçuşlar həftənin 2-ci və 5-ci günləri «Airbus» təyyarələri ilə həyata keçiriləcək. Naxçıvandan İstanbula təyyarələrin uçuşu yerli vaxtla 13:35-də, əks istiqamətə təyyarələrin qəbulu isə 19:15-də baş tutacaq.

Naxçıvan-İstanbul reysi üzrə bir istiqamətə biletin qiyməti 186, iki istiqamətə biletin qiyməti isə 288 manatdır. / APA /
XS
SM
MD
LG