Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Ötən ay Azərbaycanda üç mina partlayışı olub


Noyabr ayında Azərbaycanda üç mina partlayışı qeydə alınıb.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) məlumatında belə deyilir. Mina partlayışı hadisələri Tərtərin Qapanlı, Ağdamın Qarabulq, Xocavəndin Şparti adlanan ərazilərində baş verib.
2001-ci ilin sentyabrından aparılan statistikaya görə, indiyədək Azərbaycanda 105 mina partlayışında 61 nəfər həlak olub, 138 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
XS
SM
MD
LG