Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:54

Xəzər kasıbların üzünə qapadılır


Xəzər sahilində torpaq sahələrinin hasara alınması daha da genişlənəcək
Xəzər sahilində torpaq sahələrinin hasara alınması daha da genişlənəcək
«Yeni Müsavat» Milli Məclis qanunlara etdiyi dəyişikliklərdən sonra Xəzər sahilində torpaq sahələrinin hasara alınması daha da genişlənəcək.
Müsavat deputat qrupunun üzvü İltizam Əkbərli bildirir ki, indi də Xəzər dənizi sahillərindəki tikintilərlə bağlı qanunsuzluqları aradan qaldırmaqdansa, əks addımların atılması onu narahat edir: «Əvvəla, dəniz sahilindəki özəlləşdirilməsi qadağan edilən torpaqların sahəsi xeyli kiçildilir. Bu torpaqların gələcək taleyi isə heç şübhəsiz ki, elə indidən hamıya aydındır».
Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirir ki, edilən dəyişikliklər məsələyə doğru yanaşmanın olmamasının nəticəsidir: «Unutmaq olmaz ki, Xəzər Azərbaycan xalqının ümumi mülkiyyətidir. Bu ümumi mülkiyyətin 30-50 metr məsafəsində tikilən hər hansı bir fərdi mülkiyyət nəticə etibarilə Xəzərə insanların üzünü qapadacaq. Bu da Azərbaycanın təbii resurslarından vətəndaşların hamısının bərabər istifadə imkanlarını məhdudlaşdırır».

«Azərbaycan» qəzeti yazır ki, «Azərbaycan-İtaliya əməkdaşlığı yeni mərhələdə uğurla inkişaf edir». «Münasibətlərin yüksək səviyyəyə gəlib çatması məhz Heydər Əliyevin uzaqgörən xarici siyasəti nəticəsində gerçəkləşmişdir və bu münasibətlər yeni mərhələdə uğurla inkişaf edir. Prezident İlham Əliyevin bu günlərdə İtaliyaya rəsmi səfəri də iki ölkə arasında əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsi baxımından mühit əhəmiyyət kəsb edir».

«Yeni Azərbaycan»: «Vahid türk iqtisadi məkanının yaradılması qardaş ölkələrin siyasi gücünü artırmış olur». Qəzet yazır: «Türk respublikaları nə qədər güclü iqtisadiyyata malik olsa, onların dünya siyasətində mövqeyi də möhkəmlənəcək. Dünya ölkələri arasında rəqabət meylilərinin genişləndiyi ərəfədə bazara daha çox mal çıxarmaq, enerji resursları ilə təminatda üstünlük qazanmaq da məhz türk dövlətlərinin perspektivinə aiddir».

«Ekspress» dekabrın 2-də Dardanel boğazında iki gəmi toqquşub. Onların Azərbaycana məxsus olaraq Panama bayrağı altında üzən «Emerald 1» quru yük gəmisi və Ukraynanın «Danapris 2» yük gəmisi olduğu bildirilir. Xəzər Dövlət Dəniz Gəmiçiliyindən qəzetə deyiblər ki, «Emerald 1» gəmisi Azərbaycana məxsus deyil. Onda yazı müəllifi belə bir sual verir «bəs, o gəmi kimindir?»

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG