Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 04:26

Radiolarla bağlı hökumətlə dialoq davam edir


Dekabrın 3-də «Amerikanın Səsi» və Azad Avropa/Azadlıq Radiolarını təmsil edən Yayım İdarəetmə Şurası və Beynəlxalq Yayım Şurasının nümayəndə heyəti ABŞ səfirliyinin nümayəndələri ilə birlikdə xarici radio və televiziya şirkətlərinin gələcəyini Azərbaycanın yüksək dövlət rəsmiləri və Milli Televiziya və Radio Şurasının rəhbərliyi ilə konstruktiv şəkildə müzakirə ediblər.

Bu barədə Amerika səfirliyinin məlumatında belə deyilir.
Məlumatda daha sonra bildirilir: «Bu müzakirələrə əsaslanaraq biz lisenziyaların vaxtının uzadılmasını səbirsizliklə gözləyirik. Bu radioların mövcud olan formatda yayımlanmasına imkan verəcəkdir. Lisenziyanın vaxtının uzadılması danışıqları davam etmək üçün zəmin yaradacaq və bu radio stansiyaların yayımının davamı üçün biz Azərbaycan qanunvericiliyinə uyğun olan ən yaxşı yolun tapılması məqsədilə müzakirələrimizi davam edəcəyik».
XS
SM
MD
LG