Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:00

NATO Rusiya ilə münasibətlərini düzəltmək istəyir


NATO Rusiyayla münasibətləri tədricən bərpa etmək qərarına gəlib. Əlaqələr avqustda, Rusiyanın Gürcüstana münaqişəsindən sonra kəsilmişdi. Amma NATO-nun baş katibi Yaap de Hoop Sxeffer deyib ki, onlar Rusiya barədə fikirlərini dəyişməyiblər.
«Münasibətlərin bərpası o demək deyil ki, biz birdən-birə Rusiyayla, Rusiyanın Qafqazda gücdən həddən artıq istifadəsiylə, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini qanunsuz şəkildə tanımasıyla razılaşırıq».

Sxeffer onu da deyib ki, NATO nazirləri Gürcüstan və Ukraynaya quruma üzvlük işində kömək edəcklərini bildiriblər.
XS
SM
MD
LG