Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:23

SMS arxivi


Noyabr ayı üçün SMS-lər

27-31 dekabr

«İqtidar özü çalır, özü də oynayır. Elə tələsik və kobud oynayır ki, sındırmağı, burcutmağı unudur» (SMS dəlisi)


«Mən bilmədim ki, Əli müəllim haradan ictimaiyyətin fikrini bildi» (İmzasız)


«Sizcə, referendum üçün niyə məhz 18 mart seçilib? Kiminsə ad günü deyil ki?» (Yaşar)


«Liberal avtoritarizm» ifadəsi qızardılmış dondurmaya bənzəyir» (Atila)


«İlham Əliyev 3 dəfə prezident olmasa, ölkə parçalanar. İlham Əliyevdən başqa namizədi məmurlar qəbul etməyəcəklər. Mafiyalararası müharibə olar yoxsa» (İmzasız)


«Eşq olsun bizim analoqu olmayan prezidentimizə!» (Yaltaq)


«Bu dəyişikliklər körpə uşağa süd vermək əvəzinə onu qanla əmizdirmək kimi bir şeydir» (Sevda)


«Biz 2003-cü ildə seçki saxtakarlığına göz yumanda, başımıza belə işlərin gələcəyini bilməliydik. Hələ bu harasıdır» (Süleyman)


«Azərbaycan xanlığına Dağlıq Qarabağ daxil olmayacaq. Onlar bizdən azaddırlar» (İlham)


«Bizim dövlət başsız bədəndir» (İmzasız)


«Məni öldürən çox şey var. Biri budur ki, 7 milyon manat diskotekaya xərc çəkmək istəyirdilər. Şükür Allaha, alınmadı. 7 milyona kasıblar üçün bir iş yeri açmaq olar?» (İmzasız)


«Özünüzü yormayın, iqtidar Heydəri gözləyir. O böyüyənə kimi isə heç nə dəyişməyəcək» (İmzasız)


«Yalan danışan hakimiyyət, yalan danışan deputatlar, yalan danışan Ceyhun kimi gənclər... Yazıqlar olsun. Bir nəfər üçün konstitusiyanı iki dəfə dəyişirlərsə, bu, dövlətçilik deyil, dövlətbazlıqdır» (Natiq Cəfərli)


«Xalqı (ziyalılarıyla birlikdə) qorxu altında saxlayırlar, sonra da bizə belə bir fikir yeridirlər ki, «xalq passivdir, ona görə biz demokratiyaya layiq deyilik, bizə monarxiya lazımdır». Onda, Şərqi Almaniyanın da əhalisi (QDR) demokratiyaya layiq deyildi?
Günahkar ancaq yuxarıdakılardır!» (İmzasız)


«Konstitusiyanı ikinci dəfə çirkləndirdilər» (İlqar)


«Azərbaycan xalqı referendumda iştirak etsə də, onun mövqeyi nəzərə alınmayacaq» (Rəsulzadəçi Gənclər Təşkilatı)


«Real seçkilər bizdə olmayıb, real referendum da olmayacaq. Bu saxtakarlıqda (şouda) «havayı qoyun» kimi iştirak eləməyi mən öz mənliyimə yaraşdırmıram» (İmzasız)


«Deyin məni də deputat seçsinlər. Aparatdan gələn bütün məsələlərə bu başdan səs verirəm (ikiəlli)» (Mirzə)


«Prezidentdir meyarı bizim diyarın, prezidentsiz ay millət nədir dəyərin?» (Zaur)


«Məni həmişə bir sual maraqlandırırdı. Bayramlarda hamı «sevinir», amma heç kim bilmir, nəyə sevinir. Uşaq heç olmasa, «hədiyyəni» gözləyib sevinir» (İmzasız)


«Avtoritar rejim olmağına baxmayaraq, kim nə cür bacarır yeyir, dağıdır. Yiyəsiz diktaturadır. Aşkar qanunsuzluqdur! Çox maraqlıdır. Heç Sovet vaxtında belə deyildi - məmurların yediyinə güclü nəzarət edirdilər (normanı aşmasın deyə), hökumət öz «çestnı kommunist» reklamını da bərk qoruyurdu» (İmzasız)


«Azadlıq» radiosu dolan insanları boşaltmağı bacaran səbir kasasıdır» (Zaur)


«Azadlıq» radiosu mənim üçün dikbaş məmurlara vurulan iynə, rüşvəti kəsmək üçün itilənən bıçaq, sosial təbəqənin görən gözü, eşidən qulağı idi» (Ramil)


«Azadlıq» bu millət üçün «protivoqaz» idi. Boğulanda, azad hava alırıq. Çox heyf, onu da bizə çox görürlər» (İlham)


«Azadlıq», BBC və VOA radioları mənim üçün səhrada su, zindanda hava, okeanda torpaq, Antarktidada od deməkdir» (Anar)


«İndiyədək sizi mobil telefonumdan dinləmişəm. Lazım gəlsə, radioqəbuledici alacam. Günəşdən gizlənən yarasalardır! (SMS dəlisi)
Azərbaycanın xarici siyasəti «nə şiş yansın, nə kabab» prinsipinə əsaslanır Çünki bilirlər ki, şiş yansa, möhkəm yanacaq» (Eliş)


«Məncə, Qarabağı da rüşvət yolu ilə almaq olar. Axı Azərbaycanın pulu çoxdur» (Ədalət)


«Azadlıq» mənim üçün bağlı otaqda bir balaca açıq olan nəfəslikdir. Nəfəslik bağlansa, mən havasızlıqdan öləcəyəm. Bağlanmağının bir müsbət cəhəti var – gündəlik 3-4 saat əlavə vaxtım yaranacaq» (İmzasız)


«Mən ilk dəfə «Azadlıq»ı 1990-cı il 20 yanvarda dinləmişəm və bu vaxta qədər dinləyirəm. İstəyirəm 2009-cu ildə 20 Yanvarla bağlı xüsusi reportajı da izləyim. Mən mütaliə etməyi sevirəm, mütaliəmin yarısını «Azadlıq» radiosundan alıram. Bu radio bütün yerli radiolardan da bizə yaxındır» (Erudit)


«Tənha qalanda, məhbus kimi oluram. O zaman azadam ki, dostlarla bir yerdəyəm, qonşumla nərd oymayıram, «Azadlıq»a qulaq asıram, SMS yazıram» (Bəxtiyar)


«Dayımla salamlaşıb soruşanda ki, «nə var, nə yox?», həmişə cavab verir: «köhnə hamam, köhnə reklam». Mırt üçün soruşanda, «bəs təzəsi haçan olacaq?», deyir: «köhnəsi əldən çıxmasın, təzəsi lazım deyil».


«Azadlıq» radiosunu bağlayırlar ki qanunsuzdur, amma rayonlarımızda İran, erməni, gürcü televiziyaları yayımlanır. Bu qanunsuz deyilmi?» (Fəxri)


«Əlvida demokratiya, mərhəba Türkmənistan! «Azadlıq» radiosu nəfəslik idi. Rejimi təbrik edirəm, onu qapatmaqla Türkmənistana doğru sürətlə getdiyimizi bir daha sübut etdi» (Arzu)


«Azərbaycan dünyanın Quantanamosudur!» (Sancaq)


«Yaşasın Kim İr Çen və Kim Çen İrin siyasi kursu! Biz də olduq Koreya nömrə 2! Batdıq!» (İmzasız)


«Azad söz deyirdik, azad idik biz, qəlbimizdə hər zaman vardır yeriniz. İndi isə bizləri ayıracaqlar, siz gedirsiniz, ancaq bilin itməz iziniz» (İmzasız)


«Ola bilsin, «Azadlıq» radiosu səhv məlumat verir. Bizdə rüşvət yoxdur, korrupsiya yoxdur, hansısa rayonda məktəb əla vəziyyətdədir, əhalinin qaz, su, işıq problemi yoxdur və s. Axı «Lider» və AzTV-də biz hər şeyin yaxşı olduğunu görürük» (Erudit)


«Şəhərdə Əliyevin plakatları var: «müstəqilliyimiz əbədidir…». Budu azadlıq, azad söz, azad fikir? Quş Qasım demişkən, kişinin sözü bir olar. Hanı kişilikləri?» (İmzasız)


«Zakrıt «Azadlıq»! O çyom dolqo qovoril YAP soverşilos!» (İlham)


«Heç olmasa, bir mesaj atın ki, haranın daşını tökək başımıza!» (İmzasız)


«Nuşirəvan Məhərrəmli evində peyk ilə Rusiya və Türkiyə kanallarına baxır. 10 ildir nə bir kanal, nə də radio açılıb. Əxlaqsız müğənnilər proqramlar aparır. Utanmır, hələ vəzifədə oturub. Prezidentə deyəsən, düz söz sərf eləmir, ona görə «Azadlıq»ı bağlayır. Axı həqiqət acı olur!» (Exnaton)


«Gözümüzü yumublar, ağzımızı bağlayıblar, qulaqlarımızı da tıxaclamaq istəyirlər. Daha nə qaldı ki?» (İmzasız)


«Çoxluq çox sevib, hörmət edib alqış edirdi». İndi radionu bağlayandan sonra camaat bütün günü «dua» edəcək bu təşəbbüsü göstərənlərə. Ar olsun! Nə yazım ayrı?!» (İmzasız)


«Azərbaycanlıları birləşdirən vətən və azadlıq sevgisidir! Məmurları birləşdirən dəyər milləti çapıb talamaq, kölə halına salmaq istəyidir! Bayramınız mübarək!» (Fəxri)


«Şeyx yeni ilə üç gün qalmış dedi ki, yolkaları sökün, Məhərrəmlik gəlir. Azərbaycanın 2008-ci ildə yadda qalan hadisələrindən biri də budur» (Müşfiq)


«SW olan radioları satışdan yığsalar, təəccüblənmərəm» (Könül)


«Külək kimi əsin, kəsin dalğanı, kəsin radiomuzun nəfəsini, amma sevgimiz əbədi olacaq, ürəklərdə qalacaq» (Namiq Türkel)

25 dekabr

«Bu hakimiyyət çox şirin şeydir, əl çəkmək istəmirlər, gözləri doymur. Ay balam, bəsdir də!» (Millət)


«Azərbaycanda Konstitusiya Məhkəməsi yoxdur. Dünən qərar verən məhkəmə isə ailə hakimiyyəti məhkəməsidir! Ömürlük prezidentlikdən sonra ömürlük nazirlik olacaq» (Fəxri)


«Millət, oyan, aç gözlərini! Naxçıvana baxanda, Azərbaycan demokratiya dənizində üzürdü. İndi Azərbaycan da Naxçıvanın gününə düşdü! Hər ikisində şah rejimi!» (Naxçıvan)


«Hər şey özümüzdən asılıdır. Salavat çevirməklə donuz darıdan çıxan deyil. Mətbəxdə oturub etiraz etmək arvad işidir, meydana çıxmaq lazımdır. Azərbaycanı inqilabla xilas etmək olar, yoxsa ölkəni korroziyaya uğradırlar. Məhvə gedirik, ey millət!» (Zülfüqar Saatlı)


«Ay niyyəti bilinməyənlər! Mən də təklif edirəm ki, respublikanın adını Heydər Əliyev qoymaq lazımdır. Bəlkə, ona da məhkəmədə baxasınız» (ƏhmadoFF)


«Yeni qanunlar bizim rüşvətxor dövlətdə heç nə verməyəcək. Bataqlığa atılmış meyvə tumları kimi» (Müasir qul)


«İbtidai sinifdən ali məktəbədək rüşvət görmüş tələbə heç vaxt yaxşı mütəxəssis ola bilməz. Aşıq gördüyünü oxuyar. Rüşvətin qarşısı alınmasa... Allah köməyimiz olsun» (Gizir)


«İndiki gənclər əsgər getməmək üçün ali məktəbə daxil olurlar. Onlarla belə faktla rastlaşmışam. İndi gəl, bunlarla müharibəyə get - savadsız və qorxaqlarla» (Gizir)


«Əgər uşaq 1-ci sinifdən pul haqqında fikirləşirsə, az maaş alan müəllim uşağa dərs demək marağında deyilsə, onda bu təhsil qanunu necə işləyəcək» (Xan)


«Bu «qanunlarınız» Azərbaycanda xanlıqların yaranmasına səbəb olub, bilirsiniz? Təhsil, MVD, Səhiyyə, Gömrük və s.!» (Rasim)


«Konstitusiya Məhkəməsinin sədrindən soruşmaq istərdim ki, o, bu düzəlişləri rədd edə bilərdimi? Onlarda bu cəsarət varmı?» (Ulduz)


«İqtidar o qədər temperamentlidir ki, xalqdan sonra Anayasanı da «zorladı» (İmzasız)


«Böhrandan əziyyət çəkənlər dövlət məmurları olacaq. Kasıblar soğan- çörək yeməyə öyrənib» (Ceyhun)


«Azərbaycan iqtisadiyyatı fantaziya məkanında yerləşir. Bu, Truman şousuna bənzəyir. Orda hər kəs hər şeyi bilir, amma özünü bilməməzliyə qoyur» (Usta)


«Böhran gəlib Azərbaycana baxıb-baxıb deyib:
- Yox bura mənlik deyil.
- Niyə?
- Həmkarımın acığı gələr, o, buranın sakinidir» (Arsad)


«Dünya bu gün monarxiyaya doğru gedir: şimalda, cənubi Amerikada, Şərqdə. Onlar səhv edir. Amma biz böyük dövlət deyilik. Demokratiya olsa, dərindən düşünsək, Azərbaycan parçalanar. Mən İlham Əliyevin qalmasını istəyirəm. Bircə sosial duruma və rüşvətə ciddi nəzarət rica edirəm» (Nadir)


«Rəşid bəy, bəlkə həqiqətən xalqın əksəriyyətinin antidemokratik şəraitdə yaşamaqdan xoşu gəlir? Belə olmasaydı, mazoxistlər kimi özünün alçaldılmasına dözməzdi» (Gizir)


«Konstitusiyaya dəyişiklik monopolist məmurların ömrünü uzadır, demokratiyanın isə ömrünü qısaldır» (Erudit)

24 dekabr

«Heydər Əliyevin əkdirdiyi ağacları kökündən kəsən bir hökumət sabah onun təsdiq etdiyi Konstitusiyanı da zibil yeşiyinə ata bilər!» (Ağsaqqal)


«Biz – beyləqanlılar cənab prezident İlham Əliyevi hər bir mövzuda dəstəkləyirik. Həmçinin, onu ömürlük prezidentimiz görmək istəyirik!!!» (Beyləqanlılar)


«Nə vaxt eşidəcəyik ki, məhkəmə prezidentin, nazirin qərarını rədd edib? Ümumiyyətlə, bizdə belə hadisə olacaq?» (Müəllimə)


«Konstitusiya Məhkəməsi də bizdə hakimiyyətin əlində bir oyuncaqdır. Konstitusiyanı ləğv eləməyiblər, buna da min şükür» (Hikmət)


«Niyə unudulur ki, Heydər Əliyev də üçüncü dəfə prezident olmaq istədi. Fəqət əcəl qoymadı» (İmzasız)


«Fikrimcə, İlham Əliyev ömürlük prezident seçilməlidir. Çünki o buna layiqdir!!!» (İmzasız)


«Soruşmaq ayıb olmasın, bu musiqiçilər də ziyalı sayılır? Məncə, musiqi bəstələməyə böyük intellekt lazım deyil. Konkret istedad intellekt demək deyil!» (İmzasız)


«Ağıllı sifət» eləyib rəvan çərənləməkdə intellekt yox, uşaqlıqdakı təqlid rol oynayır. Xüsusən, «risovkalıqdan» başqa bir fərli qabiliyyət olmayanda» (İmzasız)


«Ziyalılar hakim qüvvələrlə kütlə arasında «psixoloji vasitəçi» rolunu oynayır. Hakimiyyətin hökmranlığını, işlərini asanlaşdırmaq üçündür. Mollaların başqa növündəndir :)» (İmzasız)


«Ziyalı, qeyri-ziyalı. Hami əl çalmağı özünə fəxr bilir. Nicat yolu qalıb Allaha» (İmzasız)


«Ziyalılar neyləsin ki, səslərini çıxara bilmirlər. Hərəsinin bir ordeni var. «İstiqlal ordeni», «Azərbaycan ordeni». Bunlar ilə ziyalıların səsini kəsirlər» (Erudit)


«Ziya bəy, bilmək istərdim, qonağınız feodaldır, yoxsa rəiyyət?» (Fizuli)


«Qonağınızla razı deyiləm. 92-93-cü illərdə bu xalq prezidenti televiziyadan tənqid etməkdən belə çəkinmirdi. İndi evində belə kimi isə tənqid etməkdən qorxur. Qonağınızın bu məsələyə kinayə ilə yanaşdığını düşünürəm. Bizi feodal düşüncədə ittiham etmək ən azı 20 Yanvar şəhidlərinə hörmətsizlikdir» (Tural)


«Buna da şükür» prinsipini mütləqləşdirmək olmaz. Ziyalı məddah, ya məlhəm paylayan yox, inkişafın avanqardı olmalıdır» (Səfər Mirzə)


«İngiltərədə, Hollandiyada olan monarxiyalar boş dekorasiyadır, bəzəkdir. Amma bizdə demokratiya söhbətləri boş dekorasiyadır» (İmzasız)


«Facebook»da 101-ci maddənin dəyişdirilməsinə qarşı çıxanlar əsasən xaricidə yaşayan gənclərdi. Gəncləri xaricə buraxmamaq lazımdı, başlarını boş-boş fikirlərlə doldururlar» (İmzasız)


«Bizim müxalifət qəzetləri «İz muxi delayut slona». Amma onlara sual verən yoxdur ki, bəs siz vaxtında nə eləmisiniz ki, bunlar
indi olmasın!»


«Vivat, Rüstəm müəllim! Belə insanları görəndən sonra fikirləşirsən ki, yaşamağa dəyər» (Frenk Boradigahlı)


«Konstitusiyamız nə boyda xəstələnibsə, 29 cərrahiyyə əməliyyatı birdən aparılır. Bəxtiyar Heydər Əliyevin qoyduğu siyasəti kimsə axıra çatdırmalıdır, ya yox?» (Fikrət)


«Kor atın da kor nalbəndi olar. Belə hakimiyyətin də belə məhkəməsi olmalıdır» (Mehtər)


«Cığallıq edən hakimiyyətlə nə cür siyasi rəqabət aparmaq olar?» (İmzasız)


«Bizi sakitləşdirdiniz. Sən demə, bizdən də bədbəxtləri var imiş» (İmzasız)


«Sualıma cavab tapsam, sevinərəm. Nə fərqi var seçkidə sənin rəqibin kimdir: İlham Əliyev, ya qeyrisi. Birdəfəlik çıxın deyin ki, biz İlham Əliyevə uduzuruq, ona görə onunla seçkiyə getmək istəmirik. Siyasi gücünə arxalanan lider üçün rəqib əhəmiyyət kəsb etməməlidir. Mən dəstəkləyirəm» (İmzasız)


«Vay-vay, adlarını ziyalı qoyublar! Xəlil Rza və Qabilin yeri görünür» (Sancaq)


«Belə getsə, Heydər Əliyevin yolu yox, təkcə adı qalacaq. Artıq onun şəxsən qəbul etdirdiyi qərarları da dəyişirlər. Bu gün-sabah Bakıda kazinolar da açılar» (Gizir)


«Mərdəkanda yaşayıram. Hər səhər işə gələndə, şəhərin necə çirkli olduğunu aydın görürəm. Balaxanı zibilliyinin tüstüsü bütün şəhərə «xüsusi gözəllik» verir (Ədalət)


Uşaq böyüyü ilə ürəklənər. Valideynləri bizim gündə olan uşaqların gələcək taleyinə ancaq acımaq lazımdır» (Bəxtiyar)

23 dekabr

«Prezidentin özü istəməsə, kimin ixtiyarı çatar gündəmə belə bir təklif atsın. Parlamentdəki «köməkçi nitq hissələri» özbaşına bu işə girişə bilməzlər» (Anar)


«Bəylər, hətta şeyx də İcra Hakimiyyətindən icazə almaqdan danışır. Ümumiyyətlə, qanunda icazə almaq haqqında maddə varmı? Özlərinə sərf edəndə, demokratiyadan dəm vururlar» (Gizir)


«Söz azadlığına, müxalifətə olan münasibət, 90 faizlə əldə olunmuş «qələbə» onu deməyə əsas verir ki, prezident yenidən öz namizədliyini irəli sürəcək» (Murad)


«Bir daha cəmiyyətin ölülüyünü sübut etmək istəyirlər. Prezidentlikdən imtina edərsə, özünə beynəlxalq rəğbət qazanacaq» (İmzasız)


«Mən sizin daimi dinləyicinizəm. Siz hər lazımsız şeyə münasibət bildirirsiniz, amma o boyda hadisəyə - Buşa ayaqqabı atan jurnalist Müntəzir əl-Zeydi məsələsinə reaksiya vermirsiniz. Belə çıxır ki, siz («Azadlıq» radiosu) Buşu dəstəkləyirsiniz?! Aha, sizi doğrudan da Buşun rəhbərlik etdiyi hökumət maliyyələşdirir. Bu hüquqdan danışın. Sizcə, Müntəzir əl-Zeydi düz edib, ya yox? Lütfən reaksiya göstərin! (Daimi dinləyici)


«Nə üçün beynəlxalq təşkilatlar Konstitusiyaya dəyişikliklərə münasibət bildirmirlər?» (İmzasız)


«İtə daş atırsan, müxbirə dəyir, məgər Azərbaycanda vicdanlı müxbir var?» (Hаmbаl)


«Hüququmuzu nə qədər az bilsək, pozulanda bir o qədər az məyus olarıq. Biz axı Şərqliyik:)» (Ceyhun)


«Korrupsiya təhsilin inkişafına imkan vermir. Deputatdan tələbə kimi xahiş edirəm ki, qanunu qəbul edərkən mütləq milli düşüncə, ən əsası reallığı nəzərə alasınız. Bir çox Avropa ölkələri hələ «Boloniya prosesi»nə qoşulmayıb, amma biz artıq tətbiq edirik» (Şahnaz)


«Bu hakimiyyətə savadlı gənclər lazım deyil. Savadlı şəxs sabah öz haqlarını tələb edəcək. Bunlara səsvermələrdə «karusel» kimi istifadə etmək üçün savadsızlar lazımdı» (Gizir)


«Bu təhsil qanunu yaxşıdır, amma bir az tələsiblər - vaxtı 3008-ci ildir» (Ceyhun Qəbələli)


«İqtisad Universitetində magistrəm. Müəllimlərin yarısı dərsə gəlib dərs keçmədi. İndi sessiyada nə edək? Axı mən qiyabi yox, əyaniyə daxil olmuşdum...» (İmzasız)


«Müəllimə fərli maaş verilməyən yerdə hansı təhsildən dəm vururlar? Növbəti xam xəyallarla kimin başını qatırlar?» (İmzasız)


«Bizdə pul qazanmaq üçün savad yox, başqa şeylər lazımdı. Savadın vacibliyindən dəm vuranlar guya, bunu bilmirlər?! Şablon pafosdan reallığa qayıtsınlar!» (İmzasız)


«Rüşvəti dəstəkləyən tələbə rüşvətlə tələbə adlananlardır» (Keçmiş tələbə Anar)

22 dekabr

«İnternetin sürəti Azərbaycanın korrupsiyalaşma sürətinə çata bilmir» (İmzasız)


«Adama elə gəlir ki, bu ölkədə yaranan hallar, ancaq fövqəladə olur. Heç normal bir hal olmur» (İmzasız)


«Bizim internetin sürəti heç nənəm kompyuterdə işləyəndə ona çatmır. O ki, qaldı mənə» (İmzasız)


«Hər kəsin var bir kəsi,
Mən bikəsin heç bir kəsi.
Mən kəsin sənsən kəsi
Ey, kimsəsizlər kimsəsi!

«Ulu öndərlərin» tərk etdiyi BOMJ-ların işi qalıb Ulu Tanrıya» (İmzasız)


«Hakimiyyət, məmurlar istədiyini eləyir. Yazılı qanunlar işləmir. Konstitusiyanı da elə-belə mırt üçün (vid üçün) saxlayıblar. Konstitusiyanın tərkibi reallığımıza təsir etmir! Boş yerə həyəcan keçirməyək. Olacağa çarə yoxdur» (İmzasız)


«Bizim İLHAM ƏLİYEVLƏ işimiz yoxdur, sadəcə bu komanda ona xalqın iradəsini yeritməyə imkan vermir. Və birdə biz inkişaf etmiş ölkələrlə müqayisə oluna bilmərik» (İmzasız)


«Azərbaycanda xalq yoxdur, kütlə var. Kütləni isə demokratik üsullarla idarə etmək mümkün deyil. Bu baxımdan, konstitusiyaya təklif olunan dəyişiklikləri normal qarşılayıram» (İmzasız)


«8 milyona qanunvericilik təşəbbüsü verilməlidir. Onda Azərbaycan inkişaf edəcək, mütləq inkişaf edəcək» (Fərhad)


«Nə dəyişilir, dəyişilsin, kim ömürlük qalır, qalsın. Təki torpağımız qayıtsın, kasıbçılıq azalsın, SSRİ-nin dövründəki kimi özəl yox, dövlətin hökumətin nəzdində olan iş yerləri açılsın. İşləmək əvəzinə çayxanada nərd atıb, siqaret çəkib heç nəyə, heç kimə gümanı olmayan cavanlar da bəhanə tapa bilməsinlər ki, iş yoxdur. O cür əməksevər işin bol olduğu həyata mən köhnə kitablarımızda rast gəlirəm. Haqsız müharibədə də dayımı itirdik» (İmzasız)


«Mən 1-ci xanım Mehriban Əliyevaya səs verərdim. Çünki, o xalqa çox yaxındır və ağı-qaradan ayıra bilir. Ancaq konstitusiyaya dəyişiklik etmək olmaz» (Xətai)


«Bu dəyişiklikləri edənlər Heydər Əliyevə hörmət etmirlər. Niyə onun və xalqın bəyəndiyi konstitusiyanı dəyişmək istəyirlər?» (İmzasız)


«Azay bəy, konstitusiyanı bəlkə, 3-cü Dünya müharibəsinə hazırlıq üçün dəyişirlər? Müharibə dövründə siyasi nəzarəti ələ almaq üçün? Bəlkə, Rusiya bunu istəyib?» (İmzasız)


«Konstitusiyanı ümumiyyətlə, birdəfəlik ləğv etsinlər, bu söz-söhbətlər də qurtarsın. Başqa, vacib işlərimiz tökülüb qalıb» (İmzasız)


«Ancaq varlı məmurlar və kasıb xalqdan ibarət olan cəmiyyətdə həmişə ədalətsizlik, qanunsuzluq hökm sürəcək. Konstitusiyadan asılı olmayaraq!» (Hikmət)


«Qonağınız elə danışır ki, elə bil yumurta üstündə gəzir və yumurta sınsa, hakimiyyətin xətrinə dəyər» (Zülfüqar)

19-20 dekabr

«Prezident ömürlük olsa da olar, əsas nazirlər tez-tez dəyişilsin» (Namiq)


«Konstitusiyanı» birdəfəlik ləğv etmək olmazmı? Kasıb dövlətik. Hər dəfə «dəyişiklik» etmək, «referendum» təşkil etmək artıq əziyyət, artıq xərcdir» (İmzasız)


«Bəlkə, ömürlük seçilsə, korların kommunal xərclərini ləğv edər» (Əzizağa)


«Nə üçün Cəlil Məmmədquluzadəni döymürdülər?» (İmzasız)


«Bizim bəzi məmurlar demokratiyanı, söz azadlığını özbaşınalıq kimi başa düşür. Nəticədə həm sadə insanların hüquqları pozulur, həm də Azərbaycanın xaricdə imici çox bərbad vəziyyətə düşür. Hökumət referendum keçirməkdənsə, hazırkı qanunlara riayət etsin və insan hüquqlarını pozmasın» (Rahib)


«Dərnəgüldə bir «probka» var ki, «Kamaz»lar çıxır təzə salınmış betonların üstünə. Maşınlar hamısı bir-birinə «protiv» girib, təzə salınmış yolkaların üstündən keçib gedirlər. Biabırçılıqdı! Siz hansı mədəniyyətdən, cəmiyyətdən danışırsınız? Budur vətəndaş cəmiyyəti? Öz mənafeyi naminə hər şeyi dağıtmaq...» (İmzasız)


«Əsil vətəndaş lazım gəldikdə, vətənin daşına dönməlidir. Biz özümüz dönmədik, bizi dövlətimiz döndərdi. Özü də qara və lal daşa. Manqurtlaşırıq, qardaş» (Süleyman)


«Bizdə nə xalq, nə də hakimiyyət vətəndaş anlayışını başa düşür. Bəziləri vətəndaşları öz oyunlarının oyuncaqları sayır, başqaları da özünü bu oyunun oyuncaqları. Nə qədər ki, bizdə VƏTƏNDAŞ CƏMİYYƏTİ formalaşmayacaq, demokratiyadan, azadlıqdan danışmaq yersizdir» (Ayaz)


«Əhmədli qəsəbəsi, Neapol, ev 23 mən 1. Bizdə qaz əladır. Allah canınızı sağ eləsin» (ƏhmədoFF)


«Can Bakı», ay «Can Bakı»! Mənə indi çatdı ki, veriliş təkrardır. Məndə mesajdan döşəyirəm. Xa-xa-xa» (İmzasız)

18 dekabr

«Əli Əhmədov prezidentin seçimindən yox, camaatın pis yaşayışından danışsın» (İmzasız)


«Xahiş edirəm aydınlaşdırın: Təklif YAP-dan gəlib, yoxsa Əli Əhmədovdan? YAP-dan gəlibsə, nə vaxt, harda müzakirə olunub?» (İmzasız)


«Sürət məhdudiyyəti sürücünün hüququnu pozurmu?» (İmzasız)


«Çoxlu pulu olan və hakimiyyətə maneə olmayanları buraxa bilərlər. Amma hakimiyyətin sifarişiylə tutulanların və kasıbların azadlığa buraxılmasını gözləməyə dəyməz» (Zülfüqar)


«Prezident məzuniyyətə getdi. Deməli, xalq yenə məmur «hücumuna» məruz qalacaq. Artıq «Azəriqaz», «Bakıelektrikşəbəkə» hərəkətə keçib. Ölkə həqiqətən SAHİBSİZ qalıb» (Gizir)


«Həbsdə olan jurnalistlər əfv olunmamalıdırlar. Reabilitasiya olunmalıdırlar, onlardan üzr istənilməlidir. Bu bir biabırçılıqdı, biz axı «demokratik» dövlətik» (İmzasız)


«Görəsən, əfv olunmaq üçün kimə rüşvət vermək lazımdır?» (Hikmət)


«Azəriqaz» bütün yayı harda idi, yatmışdı? Gəlib yayda qazı kəsib pulunu yığardı. Qış gələndə, «Azəriqaz» işçiləri yağışdan sonra bitən göbələk kimi üzə çıxırlar ki, bəs borcun var» (Gizir)


«Qaz yoxdur, ancaq pul tələb olunur. Bu düzgündürmü?» (Köçkün)


«Biz məcburi köçkünük, Zabratda yaşayırıq. Qaz idarəsinin işçiləri qaz sayğacına möhür vurmaq adı ilə sayğacın rəqəmlərini iki dəfədən çox artırdılar. Mən imkan vermədim, amma qonşularınkını artırdılar» (İmzasız)


«Bizim binada qaz pulunu hər ay yığırlar. Verməyənlərin qazını gizlicə kəsirlər. (Qaz sayğacından gələn borudakı xüsusi birləşməni («muftanı») çıxarıb aparırlar). Yaman həyasız olublar. Məncə, qaz pullarını necə lazımdır yığırlar, sadəcə, özləri pulların bir qismini mənimsəyirlər» (Hikmət)


«Camaatın suyunu, qazını, işığını fasiləsiz verə bilməyən hökumət əvəzində prezidentini bizə fasiləsiz vermək istəyir. Mənə sönməyən qaz lazımdır, daimi prezident yox!» (Mehriban)

17 dekabr

«Konstitusiyanı hər hakimiyyət öz marağına uyğun dəyişirsə, onda konstitusiya niyə var? Konstitusiyaya hörmət etməliyik. Kreslonu yox, konstitusiyanı qorumalıyıq» (İmzasız)


«Bu, analoqu olmayan qərar olacaq. Fransa, Amerika kimi «geridəqalmış» ölkələr də bu yolla getməlidir» (İmzasız)


«Konstitusiyanın 101-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulan normanın təklif edilən qaydada dəyişdirilməsi demokratik, ədalətli seçkilərin keçirildiyi bir ölkədə tamamilə qanunauyğun və təbii bir haldır. Xalq layiq bildiyi namizədi dəfələrlə seçmək hüququna malik olmalıdır. Amma ömürlük seçkini məqbul hesab etmirəm. Çünki, müddət limiti çəkindirici xarakter daşıyır. Birdə ki, deputatlar dəfələrlə seçilmək hüququna malik olduğu halda prezident nə üçün bu hüquqdan məhrum olmalıdır? Hər ikisini əhali seçir və hakimiyyətlərin tarazlığı pozulmamalıdır» (Dialoq)


«Mən artıq başa düşdüm ki, həmişə fəhlə olacam...» (Fəhlə)


«Azərbaycanda ucuzlaşma gözləmək kosmosda canlı axtarmaq kimi bir şeydir» (Hicrət)


«Yazar üçün daha vacibi nədir: pafoslu səlis nitq, yoxsa acı həqiqət?» (İmzasız)


«Mən Qarabağ problemini oğlum üçün qoyduğuma görə xəcalət çəkirəm» (Xan)


«Mən müxalifət qəzeti oxuduğuma görə dostlarım məni qınayır ki, pul qazan» (Sumqayıt Вilаl)


«Azərbaycan korroziyaya uğrayır, sonu neft qurtarana kimidir» (İmzasız)


«Bazarlarda «düzgün tərəzi» sözünü necə başa düşürsünüz?» (Rasim)


«OPEK-in nefti azaltması toydan sonra nağaraya oxşayır. OPEK-in də, neft qiymətlərinin də kitabı bağlanıb» (Eliş)


«Vəkillik - hüquq sisteminin tərkib hissəsidir. Əgər hüquq sistemimiz kəlləmayallaqdırsa, vəkillərin halına ağlamaq lazımdır» (Bəxtiyar)


«Vəkil sadə vətəndaşı polis zorakılığından qoruya bilərmi? Heç olmasa, təkləyib döyməsinlər, cinayəti zorla boynuna qoydurmasınlar» (İmzasız)


«Hüquq fakültəsini bitirib day-dayısı olmayan bir qrup şəxsə vəkil deyilir» (İmzasız)


«Soruşmaq ayıb olmasın, bu «bələdiyyələr» hansı işlərlə məşğuldur? Camaata onların nə xeyri var? «Bələdiyyə» sözünü çox eşitmişik, amma işini görməmişik» (İmzasız)


«Bələdiyyələr bizim hakimiyyətin 5-ci təkəridir» (Xan)


«Polis yox, qolçomaq desək, daha doğru olar» (Tahir)


«DİN güc strukturudur. Bizdə polis əzələ gücü kimi qavranır» (İmzasız)

16 dekabr

«Bizimkilər «yerli», «qohum» söhbətiylə başını bişirir, sonra da «ikigünlük borc» adıyla pulunu alıb qaytarmır. Belə insanlarla nə «təşkilat» yaratmaq olar?» (İmzasız)


«Biri üç dəfə, dörd dəfə seçiləcək, o biri isə heç bir dəfə də seçilməyəcək? Bəs «bərabər imkanlar» harda qaldı? Mən də seçilmək istəyirəm. Voobşe, «prezidentliyi» birillik eləmək lazımdır ki, hamı seçilə bilsin» (İmzasız)


«Onsuz da bu qanunun gündəmə gələcəyini hamı bilirdi. Çünki o kresloya kim qalxırsa, bir daha ordan düşmək istəmir. Həqiqətən də vəzifə şirin şeydir. Bu qanun birbaşa Azərbaycanın dünyadakı çox da olmayan imicini itirəcək. Belə getsə, ölkəmizi dünyada Azərbaycan yox, «banan ölkəsi» adlandıracaqlar. Sadəcə, yazıqlar olsun deyirəm» (Elçin Azər)


«Hələ Azərbaycan Konstitusiyası çox dəyişikliklərə məruz qalacaq» (Hаmbаl)


«İndiki prezident əgər ölkənin problemlərini həll edə bilirsə, onu ömürlük də seçmək olar. Əgər problemləri həll edə bilmirsə, indidən istefa verməlidir» (Həsən)


«Yaponiyada iki ildən bir Baş nazir seçilir, bu da Yaponiyanın inkişafına böyük təsir edir. Hər gələn yeni islahat gətirir. Bu, böyük bir məqamdır» (Cavid)


«Zahid bəy, Siz millət vəkilisiniz, yoxsa prezidentin vəkili?» (Patriot)


«Ağıllı sifətə» və səlis nitqə artıq heç kim aldanmır. Riyakar yaltaqlıqla ancaq özünü biabır eləyir» (Fərhad)


«Qonağınız o qədər danışdı ki, məni lap yuxu basdı. Deyəsən, siz də mürgüləmişdiniz, mesajları oxumaq yaddan çıxmışdı» (İmzasız)


«Bizim camaat acından ölsə də, borcla-kreditlə maşın alacaq! Aclıq olsun, reklam olsun! Çoxları üçün «maşın» həyatın mənası, sevinci, yeganə təsəllisidir. Ona görə avtomobil satanlar bizdə heç vaxt müflis olmayacaq. İstəyir, lap dünya dağılsın» (İmzasız)

15 dekabr

«İmkanım olsaydı, Tacikistana gedərdim! Orda bir kişiyə üç qadın düşür» (Molla)


«Azərbaycandan Avropaya köçüb getmək istəyərdim, amma imkan yoxdur! Nə yaxşı ki, imkanımız yoxdur köçməyə, yoxsa Azərbaycan boş qalar! Məmurlar rüşvəti kimdən alar?» (Fəxri)


«Azərbaycandan köçərdim, çünki nə havası havadır, nə yeyinti məhsulları fərlidir, nə də insanlarının davranışı davranışdır. Köçməyək neyləyək?» (İmzasız)


«Köçmək istərdim, amma pulum yoxdur» (Azər)


«Azərbaycandan qeyri yerdə biz müvəqqəti qonağıq. Nəyə görə öz ölkəmizi acgözlərə qoyub getməliyik ki?! Ölkəmi sevirəm, məni qovana qədər getmərəm» (reporter 106)


«Bu rejim dəyişməyincə, elə məhz onun açığına heç yerə köçən deyiləm» (Klassik cəbhəçi)


«Dərnəgül yolundakı tıxaclara görə (Azərbaycandan) köçmək istəyirəm» (Samir Gədəbəyli)


«Heç hara getmərəm. Xaricə meylli olmaq elə torpağımızın qədrini bilməməyimiz deyilmi?» (Vüsal)


«Azərbaycana yenicə gəlmişəm, hara köçürəm» (Borçalıdan Eldəniz)


«Getmək lazım deyil. Qalıb, əl-ələ verib «40 quldur»la mübarizə aparmaq lazımdır» (Mirzə)


«Deyirlər, güclü daydayın, ya pulun olanda, bura ən sərfəli yerdir. Hələ uşaqlıqda başqaları məktəbdə zülm çəkəndə, sən barda, kafedə kef çəkirsən! Sonra da həmin attestatı və diplomu pulla alırsan… İstədiyini edirsən! Hansını ki, heç bir Amerikada-zadda edə bilməzdin. Həmçinin, istədiyin cinayəti edirsən. Hər cinayətin öz «rüşvət məzənnəsi» var! Günahını da günahsızların üstünə atırlar. Yaxşı şirnikləndirəndə, lap polislərimizə (otdeleniyada) adam da döydürə bilərsən! Onların əliylə şər atdırıb tutdura da bilərsən! Bəlkə, buna görə iqtidar, məmurlar özəlləşdirdikləri vətənimizi belə ağızdolusu tərifləyirlər? (Xam xəyallarım kiminsə xətrinə dəydisə, üzr istəyirəm) (İmzasız)


«İki nəfər dava edib, nə olsun? Hər şeyi şişirtməyin. Biz azərilərdə kişi söhbəti deyilən bir şey var. Unutmayın. Kimin xoşuna gəlmir, çıxıb getsin Avropaya» (Gizir)


«Ən böyük təhqir ölkənin ən çox satılan qəzetinin baş redaktorunu xuliqanlıqda ittiham edib qazamata atdırmaqdır» (Samir)


«Tənqid demokratiya, təhqir anarxiyadır» (Dərviş)


«Sözün cavabı söz olmalıdır. Hər cür tənqidə dözümlülük kamillikdir» (Bəxtiyar)


«Kaş biz də Fransa, Almaniya kimi qeyri-demokratik olardıq» (İmzasız)


«Nədənsə vətəndaş, sözü əzilən təbəqəyə şamil edilir. Məgər hazır kökə tapan məmurlar bu vətənin daşı, torpağı deyilmi?!» (Hаmbаl)


«Sizin danışdığınız utopiyadır. Məni yolda döydülər, hər ikimizi bölməyə apardılar. Ondan 1000 manat aldılar, məndən 500. Kimdən kimə şikayət edim?» (Qara kütlə)


«Məni tənqid etsələr, həmin insanı başqa ittihamla həbs etdirib özümü demokrat adlandırmaram» (İmzasız)

12 dekabr

«Gələn il «analoqu» olmayan işlər gələcək başımıza!» (Rasim)


«Məncə gələn il elə olacaq ki, keçən ilkinə şükür edəcəyik. Çünki artan qiymətlər bir daha düşmür. Bu arada Rövnəq Abdullayev benzinin qiymətini yenə qaldırmaq istəyir. Deyəsən, dövlət ucuz satılan neftin kəsirini camaatın cibindən çəkmək istəyir. Daha hansı yaxşılığı gözləmək olar, görəsən?» (Moryak)


«Gələn il meyvələrin şəklinə baxaraq krandan su içəcəyik, təsəvvür edəcəyik ki, kompot içirik» (İmzasız)


«Məncə, belə getsə, gələn ili görmək bizə qismət olmayacaq» (Natiq)


«Aclıq olsun, kef olsun! Eş olsun kasıblara!» (Əli)


«Salam, «Azadlıq» radiosu. Mən sizin daimi dinləyicinizəm. Siz həmişə ədalətdən, haqdan danışırsınız, amma sizin haqsız və ədalətsiz olmağınızı bu gün gördüm. Bu gün Heydər Əliyevin anım günü haqqında veriliş hazırlamalıydınız. Elmar Hüseynovun anım günü haqqında xüsusi veriliş hazırlayırsınız, amma Heydər Əliyev haqqında yox. Belə çıxır ki, Elmar Hüseynov Heydər Əliyevdən artıqdır!? Xahiş edirəm, «İşdən sonra»da buna aydınlıq gətirin! Bu qədər də ədalətsizlik olmaz axı! Düzdür, TV-lər bu gün bizi bezdirib, amma sizin yanaşma tərziniz daha maraqlı olardı. Mənə təsir edən odur ki, doğma dilini bilməyən jurnalist haqqında xüsusi veriliş hazırlayırsınız, amma Heydər Əliyev haqqında xəbərləri axırda verdiniz» (Məhəmməd)


«Azərbaycanda canlarını bu vətənə qurban vermiş minlərlə fədailər olub. Onlardan hər birinin anım gününü qeyd etsək, gərək, ilin 365 gününü gecə-gündüz qəbiristanda keçirək» (Hаmbаl)


«Azərbaycanda durğun sabitliyin hamiləlik dövrünün sona çatması ilə azğın təlatümlər dönəmi gələcək» (Hаmbаl)


«Əksinə, insanlar məğlublara daha çox rəğbət bəsləyir. Müxalifətə olan simpatiyanın yarısı elə burdan gəlir» (İmzasız)


«Cığallıq edən «kazino yiyəsi ilə» oyun oynamaq sadəlövhlükdür! Boykot taktikası düzgün idi. Xalqın əksəriyyəti də bu boykota qoşulmuşdu» (Müasir qul)


«Qınında paslanmış qılıncdan Zülfüqar çıxmaz!» (Hаmbаl)


«Meşəni ən çox məhv edən onun böyüdüb-yetişdirdiyi balta sapları olar...» (Hаmbаl)


«Elə indi də «korrupsiyayla mübarizə» təşkilatlarının özləri ən böyük rüşvətxordur! Bizə nağıl danışmaqla deyil ki» (İmzasız)


«Rusiyanın məsələyə marağı artsa da, məsələnin həllinə marağı artmayıb. Məsələ həll olunsa, Rusiyanın burda təzyiq imkanları azalacaq» (Müasir qul)

11 dekabr

«Məleykə xanım bu gün bildirdi ki, kalan saxta diplom tapılıb. Görəsən, DİN, MTN bunu bilirmi? Deyəsən, hər işimiz belədir» (Bəxtiyar)


«Mehman müəllim, siz dediniz ki, çörəyin çəkisi 200 qram çoxalıb. Amma mən indi gedib bir çörək aldım, çəkdirdim cəmisi 620 qram gəldi. Onda belə çıxır çörək 380 qram idi. Çalışın Mehman müəllim, Sizi aldatmasınlar» (İmzasız)


«Qoyulan sualın cavabını əslində, hamı bilir. Biz 92 manatı 1 aya bölə bilmirik. Mənə ən maraqlısı odur ki, görəsən, məmurların yığdığı pulları 1 aya bölmək olur?» (İmzasız)


«Azərbaycanda gedən inkişafı görməmək mümkün deyil. 10 il bundan əvvəl minimal təqaüdə 15 kq ət almaq olardı. 10 il inkişafdan sonra minimal təqaüdə 7 kq ət almaq olur. 10 ildə belə inkişaf etsək, daha ət ala bilməyəcəyik» (Telman)


«92 manat kəfən puludur. Hakimiyyət «insan yoxdur, problem yoxdur» prinsipi ilə işləyir» (Eliş)


«Baş nazir 10 ildən çoxdur kabinetdən çıxmır. Bir dəfə də olsun rayonları gəzməyib. Haradan bilsin bazarda ərzaq neçəyədir! Soruşanda deyir qışda mən xiyar yemirəm...» (Ramzay)


«Təqaüdüm yüz manatdır. 2 ildir ki, ütümüz ola-ola ütülü köynək geyə bilmirəm. Amma əgər prezidentimiz deyirsə, lap 20 manata da dolanarıq» (Təqaüdçü)


«92 manata heç uşağın pampersini almaq olmaz. Utansınlar hökumətdə olanlar» (Samirə)


«Xalqı ələ salırlar. Bu pul bir məmurun səhər yeməyidir» (Zəhra)


«92 manatla 1 il dolanmaq olar, yeyib içmək olmazsa» (İmzasız)


«92 manatın üstünə 8 manat qoyub 1 toya atırsan. Sonra da 1 ay borc içində üzürsən» (Abbas)


«Anormallığa baxın! Azərbaycanda sürücülük vəsiqəsi 650 manata hər kəsə satılır. Amma dövlət milyonlar xərcləyib Yol Polisi saxlayır, onlara 40 min manatlıq BMW alır» (İmzasız)


«Xalqa minnət qoymayın. Üst-üstə 103 il işləyən ağsaqqala və ağbirçəyə 150 manat pensiya verirsiniz. Analoqu olmayan ölkədir. Bir medala 1 milyon verirsiniz, 50 il tər tökənə 75 manat. Təzə qanunu özünüz üçün hazırlamısız» (Ramzay)


«Sizin qonaq pensiyalardan çox razıdır. Ali savadlı, dövlət üçün can qoymuş insanlar bu gün bisavad «dubinkalı» polis serjantından az pensiya alır. Ayıbdır» (Səyyah)


«Sizləri salamlayıram! Mən sizin radio vasitəsilə Səlim Müslimov cənablarına dərin təşəkkürümü bildirmək istəyirəm. O, gözdən əlillərin pensiyasının artırılmasında müstəsna rol oynayıb. Kaş, bütün məmurlar onun kimi yanımlı olaydılar» (Məhərrəm)


«Körpü tikmək savabdır, amma daha 23 milyona yox» (Elşən)


«Kaş, Azərbaycanda ədalətə, vicdana və qanunçuluğa körpü salınaydı» (SMS dəlisi)

10 oktyabr

«Bizim hüququmuz var ki, onu da pozsunlar. Bizlərin bədbəxtçiliyi ondadır ki, biz öz hüququmuzu bilmirik. Və ya bilirik, müdafiə etmirik. Ona görə də hər şey belədir» (İmzasız)


«Haqqımı yalnız «hökumət» pozur, demək olar ki, haqq vermir!» (Rasim)


«Torpaqlarımızı və hüquqlarımızı qaytarsa, bu hökumət yaxşıdır» (İmzasız)


«Bizdə hüquq pozmaq artıq normal haldır. Buna qarşı mübarizə aparmağı camaat anormallıq kimi qəbul edir. Xüsusən, buna öz cürəti çatmayanda» (İmzasız)


«15 yaşım var. Üzr istəyirəm, insan hüquqları nədir, harada satılır?» (İmzasız)


«Bizim məmləkətdə «dayın» yoxdursa və «həyasızlıq» eliyə bilmirsənsə, sənin hüquqların hər yerdə pozulur. Bizdə nə qanun fərli işləyir, nə əxlaq. Məmurlar nə Konstitusiyanı sayır, nə Quranı. Heç yerdə kasıbın haqqı bu qədər tapdalanmır» (Müasir qul)


«Azərbaycanda istənilən adama şər, böhtan atıb, tutdura bilərlər» (Azər)


«Bizim uşaqlar məktəbə addım atan kimi rüşvətlə qarşılaşır. Bu halda rüşvət qurtararmı?» (İmzasız)


«Əyər xalqa meydana çıxıb sözünü deməyə imkan verilmirsə, bu da hüquq pozuntusudur» (Xətai)


«Birinci şəxslər pulsuz təyin olunarsa, hüquqlar qismən qorunar» (Rafiq)


«Kommunal xərcləri vaxtında ödəmək, telefon pulunu vaxtında vermək, rüşvət vermək, yaltaqlıq etmək hüququm qorunur. Amma həyat yaşamaq hüququm qorunmur» (İmzasız)


«Bizdə insan hüquqlarının tapdalanması uşaqlıqdan, ailədən başlayır. «Böyük-kiçik» söhbətini bəhanə edib, uşağı evdə «hüquqsuz qul» və qapazaltı yerinə qoyurlar» (İmzasız)


«Hakimiyyət Azərbaycan vətəndaşlarını insan hesab edir ki, onların hüquqlarını tanısın. Onlar üçün yalnız hakimiyyətdə təmsil olunanlar insandır» (Daşqın)


«İnsanı adam edən haqq və hüquqlardır. Bunlarsız cəmiyyət cəngəllikdir» (Hаmbаl)


«Dörd gündür bu proqramı gözləyirik. Bilsəydim elə АzTV-yə baxardım. Rəbiyyət və söz azadlığı... Parodiya» (İlham)


«Ən aşağı vəzifədə oturan dövlət məmurlarından nəyisə tələb edəndə, haqqımızı, hüququmuzu qoruyanda, «get kimə şikayət edirsən et» deyirlər. Məncə, prezident dövlət səviyyəsində bu məsələyə son qoymalıdır. Qohum-bazlıq hər bir sahədə baş alıb gedir. Xülasə, bu insan hüquqlarının bizə aid olmadığını düşünürəm» (Azərbaycan vətən-daşı)


«Hökuməti müdafiə etməyə ehtiyac yoxdur. Onu MVD çox gözəl müdafiə edir. Xalqı düşünün» (Elmira)


«Mən dövləti doyunca tənqid edərəm. Toxun, acdan nə xəbəri» (İmzasız)


«Məni Rəbiyyət xanımın fikri təəccübləndirdi ki, insanlar dövlətin möhkəmlənməsi naminə daha çox dövlət qarşısında öz vəzifələrindən danışmalıdır, nəinki, öz hüquqlarından. Deyəsən, məmurlar yaddan çıxarırlar ki, onların vəzifəsi ölkənin vətəndaşlarının hüquqlarını təmin etməklə idarəetməni həyata keçirməkdir. Eyni zamanda, qeyd edir ki, Azərbaycan vətəndaşlarının rəyindən çox Avropa Birliyi və ATƏT tərəfindən Azərbaycanda insan hüquqlarına verilən qiymətlərə inanır. Belə çıxmır ki, məmurlar Azərbaycanı vətəndaşlarsız təsəvvür edir və dövləti vətəndaşlarsız idarəetməyə meyllidirlər? Çünki hüququnu bilən və onu tələb edən vətəndaşlar onlara mane olurlar» (Əvəz Həsənov)


«Bizdə qanunlarda yazılıb ki, sərbəst toplaşmaq olar. Bəs niyə heç kim toplaşmır? Yəni insanları heç nə narahat etmir? Axı hətta inkişaf etmiş ölkələrdə də narazılar var. Sadəcə, imkan vermirlər» (Murad)


«Rəbiyyət xanım! İqtidarda gənc, savadlı kadrlar yoxdur ki, 15 il bir kresloda oturan «işgüzar» nazirləri əvəz etsin. Prezidentin sözünü nazirlər heç veclərinə almırlar. Plyonkalı maşınlar şəhəri basıb. Nazirlərin maşınlarına baxın. Prezidentin sözünü saymayan xalqın sözünə qulaq asar?» (Exnaton)


«Dövlətlə hakimiyyəti səhv salmayın. Dövlət xalqındır, hakimiyyət isə onun deyil. Təəssüf!» (İlham)


«Xahiş edirik, dövlət və hökumət anlayışını fərqləndirin» (Anar)


«Nöqsanlar üçün dövlət yox, dövləti idarə edənlər məsuliyyət daşıyır. Hər qanun pozuntusunu dövlətin və başqalarının ayağına yazmaqla dövlətə rəhbərlik edənləri məsuliyyətdən yayındırmaq dövlətə zərbədir» (Yaşar)


«Bizdə söhbət «çerez reşotka» olur» (Xətai)


«Bu ac vaxtımızda kababı yadımıza salmayın» (İmzasız)


«Yemək içməkdən sonra insan sustalır, meyxoş olur və bu zaman problemlər yaddan çıxır. Molla aşı gördü, yasin yaddan çıxır» (İmzasız)


«İşlədiyim yerdə hamının hüquqları pozulur. Hər ay həmkarlar üçün pul tuturlar, amma həmkarlar komitəsi bizi müdafiə etmir. İşçilərin birini çıxardıb o birindən pul alıb işə düzəldirlər» (İmzasız)


«Kimsə məscidi partladır oranı bağlayırlar. Amma kimsə metronu partladır, amma metro hələ də açıqdır» (İmzasız)


«Əsəb siniri doyma sinirinə yaxındır. İnsan acanda, əsəbi olur, əsəbiləşəndə çox yeyir. Birdəki, biz yemək dostuyuq» (İsmipünhan)


«Yaponlardakı kimi çay söhbəti bizdə də yaman dəbdir. Bizim məmurlar kimdənsə rüşvət alanda, «səni çay süfrəsinə dəvət edirəm» deyirlər» (Elçin)


«Süfrələrimizin müqəddəsliyini çürütmüşük. Bir vaxtlar ən böyük etibarımız süfrədən başlayıb» (Bəxtiyar)


«Yeyib-içmək, kabab çəkmək bizim xoşladığımız məşğuliyyətdir, əlbəttə, buna imkan varsa. Burada qəbahət görmürəm. Sadəcə, Bernar Fasye da kababdan danışırsa, bir qədər ehtiyatlı olmalıyıq. Kababımızı yesinlər, halal-xoşları olsun. Amma ermənilərin yolu ilə getməsinlər, haqqın tərəfində olsunlar» (Rafiq)


«İqtidarın pulu olduğuna görə qonaqları masa arxasında həmişə var. Müxalifətin nə pulu var, nə qonağı» (Zaur)


«Aydın oldu. Cəmiyyətimizin belə sönük olması deməli, ətlə bağlıdır. Ət bahalaşdıqdan sonra aşağı təbəqələr onu ala bilmir. Məmurlarsa ət yeməkdən amansız olub» (Emin)


«Çox yemək xəstəlik, çox danışmaq boşboğazlıqdır» (Hаmbаl)


«Adam çox yeyəndə, özündən razı olur. Məmurlara baxsanız hər şey məlum olar» (Dərviş)


«Yaşasın danabasdırması!» (Eliza)


«Bizdə haqq üzülməzsə də, düzülməz də» (İmzasız)


«Camaatı qınamayın, qardaş. 150 sürücünün imzası ilə rəhbərə yazılmış şikayət məktubu nəticəsiz qaldı. Çünki arada Nəqliyyat naziri dağ kimi dayanıb» (Tahir)


«Avropada heyvanlara olan münasibət ölkəmizdə insanlara yoxdur» (İmzasız)


«Uşağın dünyaya gəlməsi onun haqqıdır. Amma Azərbaycanda 200 manatın olmasa, dünyaya gələ bilmirsən. Bizdə haqq üzülüb məncə» (İmzasız)

9 dekabr

«İncimiş uşaq kimi hər təklifə «yox» deməklə, «ya hər şey, ya heç nə!» mövqeyini tutmaqla biz axırda nəyə nail ola biləcəyik?»
«Mənlik olsaydı, Azərbaycanda bütün məmurların tamah dişlərini çəkdirərdim» (SMS Dəlisi)


«Erkin bəyi və adaşım Natiq bəyi salamlayıram. Acgözlük mənəvi anlayış olsa da, iqtisadi rıçaqlar və sistem islahatları ilə qarşısını almaq olar. Necəsi isə vergi şkalasıdır. Şəffaf vergi sistemində çox qazanan çox da vergi ödəməli olacaq. Bu isə acgözlüyü tənzimləyə bilər» (Natiq Cəfərli)


«Mənə elə gəlir ki, acgözlük (korrupsiya) insanların mənəviyyatsızlığı ilə bağlıdır. Düzdür, insan gözü heç vaxt doymur, beş varsa, on istəyir, on varsa, iyirmi istəyir. Ancaq insan gərək başqasının malına (puluna) yiyələnməkdən utansın, heç olmasa, qorxsun» (Murad)


«Bizdə korrupsiya ilə mübarizə rüşvətxorlara həvalə olunub. Necə deyərlər, qoyun qurda tapşırılıb» (İmzasız)

8 dekabr

«Gündəlik çörəkpulunu zorla qаzаnırаm, nə Qurban bаyrаmı?!» (Azər)


«Bayramınız mübarək! Kasıblıqdan qurban kəsmədim. Amma ruhən bayram içindəyəm» (SMS dəlisi)


«Hər görüşü irəliyə doğru bir addım kimi qiymətləndirən həmsədrlərdən bir şey soruşmaq istərdim: bu məsafə neçə kilometrdir ki, 15 ildir gedirlər, qurtarmır?» (İmzasız)


«Qurban olum bizi neft pullarında üzdürən hökumətə» (Aydın)


«Bayram» keçirən var ki?! Kasıblıqdır. «Dilənçi» rolu bizə əlavə təhqirdir. İndi hətta «xeyriyyəçi» rolunu oynamaq da kasıb qonşunu əsəbiləşdirməkdən başqa bir şey deyil» (İmzasız)


«Sevinməyə» real səbəb olsa, hökumətin «bayram» icazəsini heç gözləmərik. Başqa reklam donuna da çox ehtiyac qalmaz. Bayramda hamı atlanır-düşür, heç kim də bilmir nəyi gözləyib «sevinir». Bəlkə, «işə getmədiyi» üçün sevinirlər? Bəlkə, fikirləşir ki, qonşunun acığına daha çox «xoşbəxtlik» göstərə bilib» (Fərhad)


«Türkiyədə qiymətlər düşür. Burada qoyun əti 8 manat idi. Dünən 12 manata qalxdı. Belə bayram olar?! Əli və onun ailəsi bu il də ət yemədi getdi...» (İmzasız)


«Qoyun da ağac kimi canlıdır. Niyə qoyun kəsməyi heç kim günah bilmir? Amma ağac kəsməyə görə adamı cərimələyirlər» (İmzasız)


«Danışmaqla iş düzəlsəydi, Azərbaycanda problemli bir vətəndaş qalmazdı. Əksinə, insanlar danışmaqdansa, susmağı üstün tuturlar. Belə bir məsəl var: çox bilirsən, az danış :))))» (Elçin Azəri)


«Danışmaqla da iş düzələr, eyni danışanlar əksəriyyət təşkil edərsə» (İmzasız)


«Belə bir qanun qəbul etmək olarmı ki, parlamentdə hakim partiya çoxluq qazansa, onun səlahiyyətini Nazirlər Kabineti icra etsin? Onsuz da belə olur» (Anar)


«Bayramınız mübarək! Biz Qurbanlıq qoyun alıb kəsdirməyə aparanda, qəssablar heç vaxt dua oxumurlar. Adi günlərdə necə edirlərsə, müqəddəs gündə də elə edirlər» (Erudit)

5 dekabr

«Bizə sovetlərdən miras qalan ən yaxşı şey özümüzü tox tutmaqdır. Bizə heç nə verməsələr belə baş əyib, əl çalıb təşəkkür etməyi bacarırıq» (Xan)


«Məncə Qərb Rusiyadan çəkinir. Belə olmasaydı, Ukrayna, Gürcüstanı NATO-ya qəbul edərdilər. Ona görə də Qarabağın açarı Moskvadadır» (Məhərrəm)


«Heydər Əliyevi aldada bilməyən Minsk Qrupu indiki iqtidarı təslimçi sülhə razı salacaq. Xalq heç bir reaksiya göstərmir. Molçaniye - znak soqlasiya. Yazıqlar olsun» (Gizir)


«Хаlqı bilmirəm, mən Dağlıq Qarabağın ermənilərə verilməsini istəyirəm. Çünki bizimkilər оradа çаlаcаq - оуnауаcаq, ermənilər isə işləyəcək - dişləyəcək!» (İmzasız)


«Deyirlər neft xalqın sərvətidir. Bəs nə üçün neft ucuzlaşanda, xalq sevinir?» (SMS dəlisi)


«Bəs bizim hökumət hansısa layihələri təxirə salmaq haqqında fikirləşirmi?» (Xan)


«Bayıl Azərbaycanın strateji ərazisidir. Orada türmə var» (Nazim)


«Azərbaycanda məmurların ali təbəqəsi nəinki Bayılı, lap elə Bakını köçürməyə qərar verə bilər. Bacararlarmı? Cavab vermək çətindir» (Bəxtiyar)

4 dekabr

«Biz prezidentimizə inanırıq! İki bayramımız var qarşıda. Jurnalistlər azad oluna bilər. Bizim də, Avropa Şurasının da canı qurtarar siyasi məhbus məsələsindən!» (Fəxri)


«Bu jurnalistləri buraxıb bаşqа həmkаrlаrını həbs edəcəklər» (Sumqayıt Вilаl)


«Jurnalistləri azadlığa buraxacaqlarına inanmıram. Amma içəriyə yenilərinin girəcəyinə inanıram» (İmzasız)


«Ola bilsin, prezident jurnalistləri azadlığa buraxsın. Ancaq əvvəlki kimi aktiv, qələmləri iti olacaq, ya yox? Maraqlıdır» (Kamran)


«Аzərbауcаndа qatıq qаrа rəngdədir. İnаnаn dаşа dönsün...» (İmzasız)


«8 km» qəsəbəsində İcra Aparatının qarşısından bazara kimi «gəmiricilər» ağacları qırırlar. «Başçı» hara baxır?» (Rasim)


«Aslan müəllim, ağacların qırılması indiki hakimiyyətin ulu öndərə olan böyük hörmət və sevgisindən irəli gəlir» (Atila)


«İşıqları söndürdülər. Sizin verilişi dinləyə bilməyəcəyəm. Azərbaycanda heç bir qanun işləmədiyindən təbiətimizi və tariximizi məhv edənlərin qarşısını qanuni yolla almaq mümkün deyil. Onlar beləliklə bizim balaların gələcəyini oğurlayırlar. Car çəkin, haray salın görək nəticəsi nə olacaq?» (Səyyah)


«Təqsirkarları axtarırsınızsa, aynaya baxın» (Arsad)


«Azərbaycan Avropadan nə istəyir, istəsin, bu, Avropanı maraqlandırmır. Əsas məsələ - Avropa Azərbaycandan nə istəyir və Azərbaycan niyə Avropanın istəyini yerinə yetirmir? Bu istəklər çoxmu çətindir?» (İmzasız)


«Əvvəlcə Azərbaycan Avropa Birliyi qarşısında öz öhdəliklərini yerinə yetirsin, sonra Avropa Birliyindən nəsə istəyə bilər» (Cim Bom)


«Sərçə dəvədən nə istəyə bilər?!» (Hаmbаl)


«Niyə az maaş alanlar az narazılıq edir. Niyə xarici firmada işləyən və bizdən xeyli çox maaş alan həmyerlilərimiz daha çox etiraz edirlər? («Qudurublar», yoxsa biz bədbəxtik?)» (İmzasız)


«Azərbaycanda müstəqil mətbuat yaşamaq uğrunda mübarizə aparır. Onun araşdırmaları samanlıqda iynə axtarmaq kimidir» (Bəxtiyar)a

3 dekabr 2008

«Bəylər, hər yer artıq zəbt olunub. Bununla sadəcə, zəbt etdiklərini qanuniləşdirdilər. Artıq gecdir. Onsuz da yayda dənizə getmək olmur. Hər yer pulludur» (Gizir)


«Astara və Lənkərandakı evləri ortaya atmaq gözdən pərdə asmaqdan başqa bir şey deyil. Əgər siz Şıx, Bibiheybət, Mərdəkan və Novxanıdakı villaları görsəniz, bilərsiniz ki, bu qanun layihəsi bilavasitə həmin oliqarxların sifarişidir. Bəlkə, deputatlar Milli Məclisi dənizin sahilinə köçürmək istəyirlər?» (Ramil)


«Mən məmurlara bir təklif verirəm! Xəzəri sektorlara bölüb, özəlləşdirsinlər. Bəlkə, gözləri doya» (Məhərrəm)


«Dövlət bizim qayğımıza qalır. Xəzərsiz də keçinərik. Xalq suda boğulur, müxtəlif xəstəliklər tapır. Mən bu dəyişikliyi аlqışlayırаm. Bircə hаvаnı dа inhisаrа аlsаydılаr...» (İmzasız)


«Maraqlıdır, ölkəmizdə nə qədər qanunsuz tikililər, obyektlər inşa edilir! Deyəsən, bir atmosfer havası «özəlləşdirilməmiş» qalır... Görəsən, qanunun keşiyində duranlar nə ilə məşğuldur? Bakıda illərdir kortəbii tikinti işləri aparılır, indi də şəhərin baş planından danışırlar. Bəs məntiq harada qaldı?» (Rafiq)


«Ziya bəy, bəlkə bəzi oliqarxlar dönüb suda-quruda yaşayanlardan olmaq istəyirlər. Niyə mane olursunuz?» (Bəxtiyar)


«Rüstəm İbrahimbəyov bunları silkələdi, yenə də ayılmadılar. Özlərini «ziyalı» adlandıranlar niyə 20-50 metri qəbul etdilər?» (İmzasız)


«Bir kəndirim çatmır ki, özümü asım» (İmzasız)


«Gəncəlilərin dincəldiyi yerdə - Hacıkənddə daha dincəlmək mümkün deyil. Ailən ilə oturursan ki, biri gəlir əlində «kupça», deyir bu torpaq mənimdir, oturmağa görə pul verməlisən. Yol kənarında restoranlar tikirlər, ağacları qırırlar. Vətəni satmaq buna deyirlər» (İmzasız)


«Doğrudan da, bu gülünc bir məsələdir. İqtidar balıq monopoliyası yaratdı, qum monopoliyası yaratdı. Bəs eləmədi indi də hasar çəkirlər? Bu addımı atmaqla yay aylarında xalqı dənizdən məhrum etmək istəyirlər. Bu cəmiyyətin qeydinə qalmaq deyil, əsəbləri ilə oynamaqdır!» (Elçin azəri)


«Təbiət özü elə ədalətli və cəsarətlidir ki... Dəniz özü qabarıb bütün məsələləri həll edəcək» (Reporter 1 06)


«Qədim zamanlarda bəzi ulu babalarımız indiki özbaşınalığı öncədən görüb Norveçə köçdülər -Tur Xeyerdal» (Atila)


«Azərbaycan böyük həbsxanadır, biz də dustaq. Generallara, «nazorlara» neyniyə bilərik? Hamı hər şeyi bilir, görür, amma dinmir» (Samir)


«Əgər Milli Məclis rəsmi şəkildə Qarabağı ermənilərə versə, sizcə, xalq buna etiraz edəcəkmi?» (Emin)

2 dekabr

«Avropa Azərbaycanı öz mədəniyyəti yox, öz enerji mənbələrindən biri bilir. İndi biz avropalılara hansı gözlə baxaq?» (Aydın)


«Biz demokratiya, insan haqları, müstəqil media sahəsində Avropanın yox, Afrikanın bir parçası olduq. Açıq-saçıqlıq, əxlaqsızlıq sahəsində Avropanın mərkəzindəyik» (Fəxri)


«Əyər Avropa rüşvətxor olmaq istəyirsə, bizə qoşulsun. Əyər biz «çestnı» olmaq istəyiriksə, avropalı olaq» (Mətanət)


«Azərbaycan Amerika mədəniyyətli Avropanın Afrika səviyyəli Asiya parçasıdır» (İmzasız)


«Öz mədəniyyətimizə, tariximizə yiyələnsək, sahib çıxsaq, anlarıq ki, mədəniyyət Avropaya Şərqdən gəlib. Özümüzə qayıtsaq, daha yaxşı olar. Bizə Avropanın sənayesindən, elmindən örnək almaq lazımdır, mədəniyyətindən yox» (Vüsal-Azəri)


«Mədəmizin niyyəti şişdikcə, mədəniyyətimiz daralır» (İmzasız)


«Təhsilimizi guya yaxşılaşdırmaq istəyirlər. («yeni dərsliklər» yaradıblar, məktəbləri «təmir» ediblər,...) Amma təhsilimizin get-gedə daha da zayı çıxıb. Üstü bəzək, altı təzək! Kim nə deyə bilər ki, onlara?! Sırtıq riyakarlığıyla az qalıb fəxr eləsinlər (yəni, əcəb eləyirik, bacarırsan sən də elə!)» (İmzasız)


«Sovet dərslikləri indikilərdən xeyli yaxşı idi! Süni «qəlizlik» artıb! Bunu hər bir müəllim təsdiqləyər! Dərsliklər şagirdlərdə «başa düşmə qabiliyyətini» yox, «qanmaz inam» vərdişini (adətini) formalaşdırmağa indi daha çox güc verib! (heç sovet dövründə bu qədər deyildi)» (İmzasız)


«Hər sahədə açıq lotuluq (inhisarçılıq) edən hökumət nümayəndələri hər yeri zəbt eləyirlər. Sabah havanı da «şəxsi mülkiyyətinə» çevirib, «hava pulu» istəyəcəklər. Vətənimizdə heç nə bizimki olmadı. Vətən uğrunda vuruş, sonra da hambal kimi yaşa, «icazə» verənlərdən qul kimi asılı ol» (İmzasız)


«Parlament doğru qərar qəbul edib. Maliyyə böhranıdır, məmurlar kasıblayıb, dənizin 20 metrliyini satıb dirçəlsinlər! Kasıb azərbaycanlının nəyinə lazımdır dəniz?» (Fəxri)


«Bu ölkədə day-dayın, bir də pulun olmadısa, irəli getmək mümkün deyil! İstər gənc ol, istər yaşlı...» (Elçin Azəri)


«Doktor, mən özüm ayın 10-u dövlət qulluğuna müsahibəyə gedirəm. Sizcə, nətər olacaq - cibi dolu gedim, yoxsa başı dolu. Qonaq çox gözəl dedi - 60 universitet var» (Fərhad)


«Əgər istedadın varsa, vətənpərvərsənsə, gəl MTN-ə» (0657)


«İstedada qiymət verilsəydi, fəxri adlar səviyyəsiz, mədəniyyətdən başqa hər şey göstərən «mədəniyyət təmsilçilərimizə» verilməzdi. O adları da verənlər siz dediyiniz kimi, «mədəniyyətsiz xalqımız» deyil ki, rüşvətxor hakimiyyətimizdir» (Ayaz)


«Hörmətli doktor! Cənablar deyir ki, bizdə mədəniyyət yoxdur. Bəlkə, Nəsimi, Füzuli və başqaları ermənidir?» (Xaqani)


«Dövlət» mane olmasın, köməyi lazım deyil» (İmzasız)


«Məncə incəsənət xadimlərindən milli, siyasi təmsilçilik gözləmək səhvdir. İncəsənət lokallaşdırılmamalıdır, bu ümumbəşəri bir anlayışdır. Azərbaycanda hal-hazırda bu anlamda, bu miqyasda istedadların çıxmamasının səbəbi bizdə xırda xalq kompleksinin olmasıdır. Ona görə də milli qürur hissi üçün keçmiş nailiyyətlərdə təsəlli axtarırıq və bu axtarışlarda Freddi Merkyuri, Andre Aqassi kimi şəxsləri özümüzünküləşdirməkdən də çəkinmirik» (Azər)

1 dekabr

«Bu gün bizlərdə SPİD-dən də dəhşətli xəstəlik var: dünya malına hərislik» (Bəxtiyar)


«Bakı ona görə bahalıdır ki, burada hakimiyyət bahadır» (Aydın)


«Hər şey baha olsa da, mənəviyyat ucuzdur» (Xətai)


«O seriallara baxan qadınlar evli ola-ola ərə getmək istəyir» (İmzasız)


«Media yalnız savadsız cəmiyyətə təsir edir. Savadlı cəmiyyət özü medianı formalaşdırır» (Atila)


«Kimsə çimir, siz də onu efirdə göstərirsiniz. Ayıbdır axı» (Zaur)


«Mən «mavi» sözünün mənasını sizin kanaldan öyrəndim» (İmzasız)


«Həyatımızda olduğu kimi, televizorda da maraqlı bir şey qalmayıb» (İmzasız)


«Аvrораnın bütün kеçmiş sоsiаlist ölkələri dеmоkrаtiуауа sеksuаl inqilаbdаn kеçdilər! Оnа görə bütün kаnаllаrdа sutkаdа 24 sааt şоu və еrоtikа göstərin, qоу millət bахsın. Bахıb dоуаndаn sоnrа bəlkə öz рrоblеmlərini düşünə!» (Vаhid)


«Yeni ulduz» verilişinə gənclər sənətkar olmaq üçün yox, azacıq tanınıb toylarda pul qazanmaq məqsədilə gəlirlər. Gənclər elm və ixtisas öyrənmək yerinə asan qazanc əldə etmək haqda fikirləşirlər» (Azər)
XS
SM
MD
LG