Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:53

«Paytaxtda ev bazarı bağlanıb»


«Satıcılar çox olsa da, alıcı tapılmır. Alıcıların hamısı evlərin baha olmasından narazıdırlar»
«Satıcılar çox olsa da, alıcı tapılmır. Alıcıların hamısı evlərin baha olmasından narazıdırlar»
«Bizim Yol»un şəhərin satış mərkəzlərində apardığı monitorinqlər mənzil bazarının böhran keçirdiyini göstərib. Maklerlər, satış menecerlərinin əksəriyyəti problemin səbəbini mənzillərinin qiymətinin həddən artıq bahalı olması ilə əlaqələndirirlər. «Azadlıq» prospektində fəaliyyət göstərən alqı-satqı mərkəzlərindən birinin sahibi deyib: «Satıcılar çox olsa da, alıcı tapılmır. Alıcıların hamısı evlərin baha olmasından narazıdırlar. Səbəb isə odur ki, digər ölkələrlə müqayisədə Azərbaycan bu satış nizamlı olaraq tənzimlənmir. Satdıqları evlərə hər kəs istədikləri qiyməti qoyur. Mərkəzdə Ən ucuz ev 100 min dollar, ən bahalıları isə 5 milyon dollardan yuxarıdır. Hətta 6 milyona da evlər var…»
«Yeni Müsavat» hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, «Azərbaycanda fəhlə inqilabı baş verə bilər». O, neft sektorunda fəhlələrin iş şəraitinin qeyri-qənaəbəxş olduğunu vurğulayıb: «Eyni işdə işləyən, eyni kateqoriyada olan xaricilərə yüksək əməkhaqqı verilir. Azərbaycanlılara isə xaricilərdən dəfələrlə az maaş verilir. Bu çox ciddi problemdir. İndiyə qədər bir sıra şirkətlərdə məhz bu problem ciddi narazılıqları ortaya çıxarıb».

«Azadlıq» qəzeti son dövrlər ciddi müzakirə olunan ölkənin milli elitası məsələsinə dair məqalə dərc edib. Müəllifi Xaliq Bahadır olan məqalə «Milli elita çatışmazlığı sindromu» adlanır. O, yazır: «Antidemokratik rejimli, hökumət, parlament, məhkəmə sistemlərinin, eləcə də kütləvi informasiya vasitələrinin bir adamın, bir ailənin, kifik bir qrupun maraqlarına bağlı olduğu dövlət güclü sayıla bilməz».

«Azərbaycan» qəzeti yazır ki «Naxçıvanda kəhrizlər bərpa edilir». «Mütəxəssislərin fikrincə, bir vaxtlar muxtar respublikanın ərazisində 500-dən artıq kəhriz olub. Onların arasında min illik tarixə malik abidələr az deyil».

«Yeni Azərbaycan»: «Türkmənistan Azərbaycanın neft-qaz naqili marşrutlarına qoşulur». Qəzet iddia edir ki, «Aşqabad sammitini TransAvropa Enerji Şəbəkəsinin yaradılması istiqamətində strategiyanın növbəti mərhələsi də hesab etmək olar. Ən əsası isə bundan ibarətdir ki, artıq regionda əməkdaşlığın yeni formatının bünövrəsi qoyulub və situasiya bundan sonrakı hadisələrin müsbət məcrada irəliləməsinə zəmin yaradıldığını söyləməyə əsas verir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG