Keçid linkləri

Təcili xəbərlər
2023, 28 Mart, çərşənbə axşamı, Bakı vaxtı 03:16

Hillari Klinton dövlət katibi oldu


Barak Obama prezident səlahiyyətlərinin icrasına yanvarın 20-də başlayacaq
Amerikanın yeni prezidenti Barak Obama senator Hillari Klintonu dövlət katibi təyin edəcəyi bildirib. Keçmiş prezident Bill Klintonun xanımı Hillari Klinton həm də Demokrat partiyasından prezidentliyə namizəd kimi Barak Obamanın rəqibi olub.

Dekabrın 1-də gələcək Milli təhlükəsizlik komandasını elan edən Obama həmçinin indiki müdafiə naziri Robert Qeytsdən vəzifəsində qalmağı xahiş edəcəyini bildirib. NATO-nun keçmiş baş komandanı general Ceyms Cons isə milli təhlükəsizlik məsələləri üzrə müşavir olacaq.

Obama Arizonanın qubernatoru Canet Napolitanonu Milli Təhlükəsizlik katibi, dövlət katibinin keçmiş köməkçisi Syuzan Raysı Birləşmiş Ştatların BMT-dəki səfiri, Ədliyyə Nazirliyinin keçmiş əməkdaşı Erik Holderi isə Ədliyyə naziri vəzifəsinə təyin edəcəyini bildirib.

Barak Obama prezident səlahiyyətlərinin icrasına yanvarın 20-də başlayacaq.
XS
SM
MD
LG