Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu birgə məlumat yayaraq, Lökbatan qəsəbə xəstəxanasında qumbara partlamasına görə bir nəfəri saxladıqlarını bildiriblər.
İstintaqın məlumatına əsasən, qumbaranı həkimin otağındakı şkafa keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) üzvü Sabir Hüseynov qoyubmuş. İstintaq hesab edir ki, S.Hüseynov həkimi öldürmək istəyib. O, qumbaranı parçaya büküb şkafa qoyub. Həkim onu götürəndə, qumbara detonatorunun açılmasını bildirən səs eşidib. O, bükülünü kənara atsa da, partlayışdan özü və otaqda olan tibb bacısı yaralanıb.
S.Hüseynovun həkimi niyə öldürməyə cəhd etməsi barədə bir məlumat verilmir.